İki ölkədə 10 min adamı aldadan 83 nəfər tutulub - Telefon dələduzluğu

img

12-12-2024 [17:38]


İspaniya və Peruda bir-biriylə əlbir "işləyən" və ümumilikdə 10 min insanı telefonla aldadan dələduzlar saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İspaniya Polisi məlumat yayıb.

Qeyd edilib ki, birgə əməliyyatla İspaniya və Peruda telefonda "vishing" səsli xidmətdən istifadə etməklə 10 mindən çox insan tələyə salınıb: "Bu fırıldaqçılar onların pulllarını bu yolla mənimsəyiblər. Əməliyyatla onlardan 35 nəfəri İspaniyada, 48 nəfəri isə Peruda tutulub".

Bildirilib ki, cinayətkar təşkilat üzvlərinin məkanlarında çoxlu sübutlar götürülüb.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR