“Altın Kelebek” mükafatçısı: "Onu tanımaq istəmirəm” - Mükafatlanmada rüşvət qalmaqalı böyüyür
12-12-2024 [16:35]
Budəfəki “Altın Kelebek” də ölkəmizdə söz-söhbətsiz, qalmaqalsız ötüşmədi. Belə ki, müğənni Nadir Qafarzadə “Altın Kelebek” mükafatlandırma gecəsinə qatılan azərbaycanlı tanınmışları – aktrisa Dəniz Tacəddin, aparıcı Fəridə Abdulla, müğənni Rilaya Hüseynzadəni tənqid atəşinə tutub.
Sosial şəbəkədə paylaşım edən sənətçi həmin mükafatların pulla alındığını iddia edərək, sənətçilərin ünvanına tənqidlər yağdırıb.
Maraqlıdır, həqiqətənmi bu mükafatlar onlara pul qarşılığında verilib?
Mia.az-ın məlumatına görə, mövzu ilə bağlı Medianews.az adları çəkilən mükafatçılardan münasibət öyrənib.
Müğənni Rilaya Hüseynzadə niyə tənqid olunmaısn anlamadığını deyib: "Yazırlar ki, guya düzgün danışmamışam. Mən bütün cümlələri, hətta şəkilçiləri belə düzgün ifadə etdim. Sadəcə olaraq bir az həyəcanlı idim. Orada mənim üçün heç bir biabırçı vəziyyət yox idi. Mahnımı da ifa etdim, nitqimi də söylədim. Heç kim mahnım haqqında yazmadı. Bu mahnını əsər adlandırmaq olar. Mahnını rus qızı yazıb. Azərbaycanlılar bizi əslində müdafiə etməli idilər. Siz təsəvvür etməzsiniz ki, Türkiyədə məni necə qarşılayıb, mahnımı seviblər. Mən oraya danışmağa yox, mahnımı təqdim etməyə getmişdim. Danışığım sadə deyildi, mürəkkəb idi. Çox təəssüf ki, insanlar bəsit cümlələrdən savayı nitqlərini belə sanballı cümlələrlə zənginləşdirmirlər. Onlara qəribə gəldi.
... O ki qaldı mükafatın pulla alınmasına, Nadir Qafarzadə kimdir? Onu tanımıram, heç tanımaq da istəmirəm. Haradasa görmüşəm. Mən ümumiyyətlə bu sahədən uzaq biriyəm. Həmkarlarımla danışmıram, sıx ünsiyyət saxlamıram. İki övladım var, başım onlara qarışıb. Nadir Qafarzadənin iddialarına cavab olaraq bildirirəm ki, mən mükafat üçün ümumiyyətlə pul verməmişəm. Mənə deyəndə ki, sizi də seçmişik, inanın ki, təəccübləndim. Öz-özümə dedim ki, görəsən nəyə görə mən? Sonra izah etdilər ki, iki il ərzində sən çox işləmisən. Mənim kliplərim, vətənpərvər mahnılarım var. Nə etməli idim? Deməli idim ki, yox mən getmək istəmirəm?! (gülür). Əslində bütün bu söz-söhbətlər də bizim təbliğimizdir”.
Aktrisa Dəniz Tacəddinin mövzuya münasibəti belə olub: “Çox sağ olun ki, zəng etmisiniz. Amma əfsuslar olsun ki, bu mövzuda olan qalmaqallarla bağlı heç bir söz danışmaq istəmirəm”.
Teleaparıcı Fəridə Abdulla ümumiyyətlə telefon zənglərimizə cavab verməyib.
Tanınmış müğənni Elnarə Xəlilova isə söyləyib ki, mükafatın pulla alınıb satılması normal haldır: “Dünyaca məşhur, transmilli şirkətlər, holdinqlər reklama ehtiyacları olmadıqları halda belə, illik reklam büdcələrinə milyonlar ayırırlar. Ulduzlar da həmçinin. Bu həmişə belə olub. Baxış sayları, şərhlər belə, pulla alınır. Mükafatlar niyə alınmasın ki? Söhbət konkret “Altın Kələbək”dən gedirsə, yalan deyərəm, çünki yanlarında olmamışam. Ancaq alınıbsa da, bacarana can qurban. Puluna minnət. Allah təki bizim azərbaycanlılara hər zaman pul yetirsin ki, arzuladığımız, istədiyimiz hər şeyi ala bilək”.
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?