SURİYANI GÖZLƏYƏN ÜÇ SSENARİ: hansı yol seçiləcək? - TƏHLİL
12-12-2024 [12:57]
Müxalif silahlı qruplaşmaların 61 illik Baas rejimini devirməsindən sonra Suriyanı necə gələcək gözlədiyi maraq mövzusuna çevrilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bir çox ekspertlər Suriyanın ən azı 3 yerı parçalanacağı və ya İraq kimi daxili savaşla boğuşacağı haqda inamlı proqnozlar verir.
Ölkədə vəziyyətin demək olar ki, hər saat sürətlə dəyişdiyi bir dövrdə Suriyanı gələcəkdə nələrin gözlədiyini "BBC Rusca"nın analitikləri də araşdırmağa çalışıblar.
Sayta danışan rusiyalı analtiklər Suriyada 3 əsas ssenariyə diqqət çəkiblər.
Ekspertlər Suriyanın birləşdirilməsi və müxaliflərin iqtidarı bölərək idarə etməsininnin ən əlverişli ssenari olduğunu iddia edir: "Bu ssenaridə HTŞ (Heyet Təhrir əl-Şam) başqa siyasi qüvvələrə ölkəni birgə məsuliyyətlə idarə etməyə şərait yaradır. Bununla da Suriya milli barışıq yoluna qədəm qoyur və regionun digər ölkələrindən fərqli olaraq, qarşılıqlı intiqam, qətl, talan və gələcək vətəndaş müharibələrinin qarşısını alır. HTS lideri Colaninin Suriya qruplarını birləşməyə və bir-birinə hörmət etməyə çağırması da, onun buna hələlik istəkli görünməsi qənaəti yaradır".
Bununla belə, Lozanna Universitetinin professoru Cozef Daşer isə bildirir ki, bu ssenarinin icrası indiki mərhələdə çox çətindir: "Suriyada silahlı qrupların mərkəzsizləşmiş formada azad seçkilər keçirməsi, hakimiyyəti bölüşdürməsi və ölkəni dinc və mehriban şəkildə idarə etməyə başlaması hal-hazırda hədsiz çətin görünür. Əksinə, son günlər HTS-in yalnız öz gücünü möhkəmləndirmək səyləri diqqətdən qaçmır. Məsələn, HTŞ lideri Colani keçmiş rejimin baş nazirinə keçid dövrü üçün əvvəlcə yol verdi, lakin bir gün ötməmiş geri çəkildi və "İdlib Milli Azadlıq Hökuməti"ndən Məhəmməd əl-Bəşiri baş nazir təyin etdi. Bu hadisələr HTS-in gücünü möhkəmləndirmək məqsədi daşıyır. Həm də onun daxilən iqtidarı kimləsə bölmək ruhunda olmadığını göstərir. Lakin onların diqqətə almadığı məsələlər çoxdur. Onlar hələ də özlərini kiçik və bölünmüş İdlibdəki kimi aparırlar. Elə bilir ki, hər şey yalnız İdlibdıki kimidir və ya o cür olacaq. Ancaq indi ortada Hələb, Həma, Homs və paytaxt Dəməşq kimi böyük və çoxqütblü şəhərlər və böyük ərazi var. Bu geniş bölgədə HTS-nin təkhakimiyyətlilik yaratma imkanı da mümkünsüzdür. Xüsusən bölgə və dünya güclərinin maraqları da burada müstəsna rol oynayır. İkincisi, HTŞ-dən heç də zəif olmayan digər silahlı qrupların buna tezliklə boyun əyəcəkləri inandırıcı deyil."
İkinci ssenariyə görə, HTŞ heç nəyəməhəl qoymadan Suriyadakı avtoritar hakimiyyəti daha da möhkəmləndirmək savaşına girir: "O zaman Bəşər Əsəd kimi bir nəfərə bağlı hökumət qurulur. Bu ssenariyə görə, HTŞ lideri Colani administrasiyası Suriyada mərkəzi hakimiyyət qurmağı və bütün siyasi hakimiyyəti onun əlində cəmləməyi hədəfləyir. Belə olan halda ölkəyə daha sərt nəzarət yaratmaq lazımdır. Ancaq Colaninin buna resursunun çatıb-çatmayacağı ciddi sual yaradır. Ələlxüsus qeyd etdiyimiz kimi, digər güclər, hətta sıravi xalq buna Əsəddən sonra təzim etməyəcək".
Üçüncü ssenariyə görə, Suriyanın vəziyyəti daha da mürəkkəbləşəcək və regional münaqişələrə və etnik parçalanmalara sürüklənəcək: "Belə olan halda HTŞ-nin rəhbərliyi bölgədəki digər qruplarla daim qarşıdurmada olacaq və Suriya siyasi və hərbi baxımdan parçalanacaq. Bu ssenari ölkədə sabitliyin əldə edilməyəcəyini və daimi vətəndaş müharibəsinin baş verəcəyinin sənədi olacaq. Bununla da Suriyanın bərpası mümkünsüzə çevriləcək. Ölkə xaos girdabında bəlkə də 10 illərlə əzab çəkəcək..."
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK