Tibb Universitetinin elmi jurnalının oğurluq variantı üzə çıxıb: dələduzlar 500 dollara "elmi məqalə" dərc edirlər - Professor həyəcan təbili çalır
12-12-2024 [11:34]
Azərbaycan Tibb Universitetinin elmi nəşri - Azərbaycan Əczaçılıq və Farmakoterapiya" jurnalının (Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal) adının "Scopus" tərəfindən "yırtıcı jurnal" elan olunaraq siyahıdan çıxarması haqda ötən ay Mia.az Xəbər Portalında dərc olunan materiala qarşı tərəfdən rəsmi aydınlıq gətirilib.
Azərbaycan Əczaçılıq və Farmakoterapiya" jurnalının Baş redaktoru, professor Tahir Süleymanov Mia.az -a bildirib ki, Küveytdə yerləşdiyi güman olunan dələduizlar jurnalın "com" domeni üzərində oğurluq variantını "işlədir".
Baş redaktor, Professor Tahir Süleymanov Mia.az-a cavab məktubuna bu barədə onlarla sənədi (Rektor Gəray Gəraybəylinin əlaqədar qurumlara, eləcə də özünün və digər elm adamlarının jurnalın oğurluq variantının qarşısının alınmasından bəhs edən rəsmi məktubları və sair) dəlil kimi əlavə edib.
O, təəssüflə qeyd edib ki, hələ də com varinatı ilə jurnalın oğurluq variantlını dayandıra bilməyiblər:
"Azərbaycan Tibb Universitetinin təssisçisi olduğu və Beynəlxalq “Scopus” bazasına daxil olan “Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı”nın oğurluq – saxta variantı dərc edilir.
Sizi məlum edirəm ki, Azərbaycan Tibb Universitetinin təsisçiliyi ilə 2001-ci ildən Azərbaycan Əczaçılıq Jurnalı (2007-ci ildən “Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnal”ı adı ilə) ( http://www.azpharmjournal.org ) dərc olunur. Jurnal dərc edildiyi gündən müəlliflərə qarşı tələbkarlığı ilə seçilmiş, dərc olunan materialların beynəlxalq standartlara uyğun olması istiqamətində çalışmışdır.
Jurnal əvvəlcə Azərbaycan Rеspublikası Prеzidеnti yanında Ali Attеstasiya Kоmissiyasının tövsiyə еtdiyi nəşrlərin siyahısına daхil edilmiş, eləcə də jurnalda dərc olunan işlər haqqında məlumatlar Beynəlxalq bazalarda Chеmical Abstracts və Еlsеvıеr bibliоgraphic Database-də (ЕMBASЕ) vеrilir.
Jurnal 2007-ci ildən İSSN-İnternational Centre tərəfindən qeydiyyata alınmışdır (İSSN 1994-1951). Yekunda 2016-cı ildə inkişaf etmiş ölkələr arasında “Scopus” tərəfindən keçirilən mükafatlandırılma tədbirində Azərbaycan Əczaçılıq jurnalı mükafatlandırılmış, Scopus bazasına daxil edilmiş və qısa müddət ərzində jurnalın impakt faktoru da yüksəlməyə başlamışdır.
Belə ki, 2023-cü ilin yekunlarına görə jurnal Q3 kvartilinə daxil edilmiş və impakt faktoru 0.4 olmuşdur. Təsdiqedici sənədlər - Jurnalın rəsmi nizamnaməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyat şəhadətnaməsi; 2007-ci ildə İSSN 1994-1951 kodunun təsdiqlənməsi sənədi “Scopus” məlumatları məktuba əlavə olunur.
Keçən müddət ərzində jurnal populyarlıq qazanmış və dünyanın bir sıra ölkələrindən, o cümlədən ABŞ, Fransa, Slovakiya, Polşa, Portuqaliya, Türkiyə Cumhuriyyəti, İran İslam Respublikası və s., həmçinin də MDB ölkələrindən müəlliflərin məqalələri dərc edilmişdir.
Çox təəssüf ki, hal-hazırda dünyada bu cür hallar mövcuddur ki, qısa müddət ərzində tez qazanc götürmək üçün Beynəlxalq bazalara daxil olan jurnalların feyk variantları yaradılır və üstü açılana qədər fəaliyyət göstərirlər. Biz bu hal ilə 2022 ci ildən üzləşmişik. Bizim jurnalın oğurluq-feyk variantı “Küveyt Elmi Fondu”nun adından www.azpharmjournal.com saytı vasitəsi ilə dərc olunmağa başlamışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalında xarici müəlliflərin məqalələri pulsuz olaraq çap edilir, lakin saxta yaradılmış jurnalda isə məqalənin dərc edilməsi üçün 500 (beş yüz) ABŞ dolları ödəniş tələb olunur.
Jurnalın oğurluq variantının 2022-ci ildən dərc olunmasına baxmayaraq, bizim jurnalın 2001-ci ildən dərc olunan bütün nömrələri üzrə arxivdə yerləşdirilmiş məqalələr də mənimsənilərək öz adlarına göstərilir.
Beləliklə, təqribən 20 il ərzində Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalının qazandığı reytinq və imic saxtakarlıq edilərək mənimsənilmiş, jurnalın redaksiya heyətinə maddi və mənəvi zərər vurulmuşdur.
Hətta Latviyada yaşayan alim, professor Doroxov (http://oleksandr.dorokhov@ut.ee) hansı ki, əvvəllər bizim jurnalda məqaləsi dərc edilibdir, müraciət edərək yazıb ki, "görürəm ki, jurnalınızın oğurluq variantı çap olunur. Lazım olsa, mən də köməklik edə bilərəm".
Lakin bir müddətdən sonra biz gördük ki, jurnalımızın fake variantında növbəti saxtakarlıq edərək professor Doroxov redaksiya heyətinin üzvü kimi göstərilir. Bizim və prof. Doroxovun özünün müraciətindən sonra onun adı da redaksiya heyətindən silindi.
Fake jurnal dərc olunandan sonra bizim jurnalda dərc olunan məqalələrin Scopus tərəfindən indeksasiya olunmaması haqqında müəlliflərdən şikayətlər daxil olmağa başladı.
Biz həmin müddətdən www.azpharmjournal.com saytı ilə deyil, www.azpharmjournal.org ilə işləməyə başlamış və bu barədə Scopusa müraciət etmişik.
Bu müddət ərzində baş redaktor olaraq tərəfimizdən müxtəlif tədbirlər görülmüş, “Scopus” bazasına, “Scimago journal rankings” təşkilatına, jurnalda feyk olaraq göstərilən “baş redaktor”lara və s. müraciətlər edilmişdir.
Jurnalın təsisçisi Azərbaycan Tibb Universiteti olduğuna görə, ATU-nun rektoru prof. Gəray Gəraybəyli tərəfindən “Scopus” rəhbərliyinə müraciət olunub (məktub əlavə olunur!). Lakin bu günə qədər problem öz həllini tapmayıbdır. Hal-hazırda da jurnalın oğurluq-fake variantının işinin dayandırılması üzrə tədbirlər davam etdirilir.
Hörmətlə,
Azərbaycan Əczaçılıq və Farmakoterapiya
jurnal”ının baş redaktoru,
Azərbaycan Tibb Universitetinin
Əczaçılıq kimyası kafedrasının müdiri,
Əczaçılıq elmləri doktoru, professor Tahir Süleymanov".
Samir Musayev
MİA.AZ
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq