Dərin ehtiramla anırıq... - Saleh Səmədov yazır
12-12-2024 [00:07]
Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin Anım günü kimi böyük məhəbbət və minnətdarlıq hissi ilə qeyd edir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi təkrarsız və nadir şəxsiyyətdir! Gənc yaşlarından mühüm dövlət vəzifələrində çalışan Ulu Öndər Heydər Əliyev fitri istedad, topladığı zəngin təcrübə ilə dünyanın ən mükəmməl, müdrik dövlət xadimlərindən biri kimi yetişmişdir. Bütün həyatını fövqəladə bacarıq, əzmkarlıq və böyük inamla Vətənə xidmətə həsr etmişdir. Onun: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” məşhun fikrini həmişə qürurla dinləyirik.
Bu günkü azad, müstəqil, iqtisadi cəhətdən yüksək inkişaf etmiş, qüdrətli Azərbaycanımız Ümumilli Lider Heydər Əliyevin şah əsəridir.
Azərbaycan xalqı bu dahi şəxsiyyətlə həmişə qürur duyub, fəxr edib. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, habelə böyük Sovetlər İttifaqının rəhbərlərindən biri olduğu zamanlarda, ən ağır, çətin, yaxud sevincli günlərimizdə xalqımız həmişə öz dahi liderinə güvənmiş, onunla nəfəs almışdır.
Ulu Öndər qeyd etmişdir ki, "Mən həyatda yalnız üç şeyə arxalanmışam: yaradanıma, zəhmətimə və bir də xalqıma".
Müasir Azərbaycan tarixinin ən ağır dövrü olan 1990- cı illəri yaxşı xatırlayırıq. Ölkənin parçalanmaq, dövlətin dağılmaq təhlükəsi ilə üz- üzə qalmışdıq. 1993-cü ildə böyük səs çoxluğu ilə Prezident seçilən Ulu Öndər ilk növbədə ictimai - siyasi sabitliyə nail oldu, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi. Vətənimizdə separatçı meyillərə son qoyuldu. Təcavüzkar Ermənistanla atəşkəs elan olundu.
Qonşu və digər dövlətlərlə balanslaşmış, uğurlu xarici siyasət apararaq Azərbaycanın mənafe və maraqlarını üstün tutdu. Onların Azərbaycan dövlətinə hörmətlə yanaşmasına nail oldu.
Ulu Öndər "Əsrin müqaviləsi”ni imzalamağa nail olmaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Belə ki, ilkin müqavilə dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlandı. Bu müqavilə sonrakı illərdə isə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı.
Bu, o demək idi ki, Azərbaycan dünya iqtisadiyyatını yönəldən dövlətlərin və şirkətlərin maraq dairəsinə çevrildi. Onların tərəfdaşı oldu. Azərbaycanın milli gəliri artmağa başladı. Bu gəlir ölkənin iqtisadi inkişafında mühüm rol oynadı. Habelə müxtəlif sahələrdə iqtisadiyyatımız şaxələnmiş şəkildə inkişaf etməyə, ölkəmizdə böyük quruculuq və abadlıq işləri aparılmağa başlandı.
Neft amili Azərbaycanın həm də milli təhlükəsizlik faktoruna çevrildi.
Bütün bunlar xaricdən və daxildən, ağıla gələn və gəlməyən çətinliklər, manelərlə qarşılaşsa da dahi Heydər Əliyevin uzaqgörən, düşünülmüş siyasəti ilə uğurla davam etdi.
Azərbaycan milli müdafiə sənayesini yenidən qurmağa başladı. Bununla da illər sonra ən müasir milli ordu yaratmaq mümkün oldu. Tarixi, 44 günlük Zəfər Qələbəsinə gedən yol Ulu Öndərin apardığı uzaqgörən siyəsatin nəticəsi idi. Dahi Lider Heydər Əliyevin siyasi və irsi varisi, qəhrəman Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu və şərəfli fəaliyyət nəticəsində qalib ordumuz torpaqlarımızı azad etdi. Bu gün Azərbaycan dövləti öz tarixində ən qüdrətli, nüfuzlu inkişaf dövrünü yaşayır.
Böyük Öndər Heydər Əluyevin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Ona görə də Ümummilli liderimiz Heydər Əliyevə böyük məhəbbət və ehtiram milyonlarla insanın qəlbində əbədi yaşayır və yaşayacaqdır!
Hər birimiz dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anırıq! Ruhu şad olsun!
Saleh Səmədov,
İmişli rayon Ağsaqqallar Şurasının sədri
MİA.AZ
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK