Türkiyədə daha bir kriminal dəstə üzvləri qandallanıb - Əməliyyata helikopter və PUA-lar da cəlb olunub

img

10-12-2024 [10:16]


Türkiyənin İzmir şəhərində "Beşoklar" adıyla tanınan kriminal dəstəyə qarşı geniş əməliyyat həyata keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, biznesmen Çetin Ermişin qətlindən sonra başlayan əməliyyatla "Beşoklar" adlı dsətənin 49 üzvü qandallanıb.

Məlumata görə, 49 şübhəlidən 32-si haqda həbs qətimkan tədbiri seçilib: "Onların ev və iş yerlərində axtarış zamanı 2 ədəd avtomat silah, 9 ədəd tapança, 2,5 kilo marixuana, 305 ədəd patron, 46 borc sənədi, 2 ədəd telsiz, 1 ədəd avtomobil izləmə cihazı və xeyli pul götürülüb".

İzmir Prokurorluğundan bildirlib ki, "Beşoklar"ın lideri B.B. əməliyyat zamanı tUtulmayıb: "O, xaricə qaçıb..."

Məlumatda o da deyilir ki, əməliyyata helikoper və PUA-lar da cəlb edilibmiş.

Xəbərdə o da deyilir ki, dəstə qanunsuz qumar oyunlarından tutmuş, "razborka"lara qədər qanunsuz fəaliyyətlərlə tanınır.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:10 12.12.2024

FTB direktoru istefa verir

18:03 11.12.2024

Bakıya sulu qar yağacaq