Türkiyədə torpaq sürüşməsi: 4 gənc ölüb - FOTO

img

09-12-2024 [15:45]


Türkiyənin Artvin bölgəsinin Arhavi rayonunda magistral yolda torpaq sürüşməsi baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən baş verən hadisə zamanı minik avtomobilində olan 4 gənc torpaq altında qalıb.

Məlumata görə, 20 saatdan çox çalışmalar nəticəsində az əvvəl həmin 4 gəncin cəsədi tapılıb: "Onların meyitləri ekspertizaya təhvil verilib".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR