Nizami Məmmədov general rütbəsindən məhrum edilə bilər
09-12-2024 [11:00]
Dekabrın 7-də Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxslərinin işi üzrə məhkəmə başa çatıb. 143 milyon manatlıq mənimsəmə işi üzrə Nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov 11 il 6 ay azadlıqdan məhrum edilib.
Mia.az-ın məlumatına görə, o, məhkəmədə özünü qismən təqsirli bilib.
General mənimsənilən məbləğlərlə bağlı müəyyən ittihamları qəbul etməyib və qeyd edib ki, ittihamda olan 143 milyon manatlıq məbləğ şişirdilib: "Mənə verilən məbləğin üzərimə düşən hissəsini geri qaytarmışam".
Nizami Məmmədov və digər zabitlər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham ediliblər. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Modern.az-ın məlumatına görə, məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi üçün Nizami Məmmədov general rütbəsindən məhrum edilə bilər.
Belə ki, bundan əvvəl Azərbaycanda bir neçə general həbs olunduğu üçün bu rütbədən məhrum edilib. Sonuncu dəfə Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub. Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Mövlam Şixəliyev də eyni aqibətlə üzləşib.
Qeyd edək ki, Nizami Məmmədov Biləsuvar rayonunda anadan olub. O, 2018-ci ildə "Vətən uğrunda", 2020-ci ildə "Hərbi xidmətlərə görə" medalları təltif edilib.
O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində xidmət edib və 25 iyun 2020-ci ildə general-mayor ali hərbi rütbəsi verilib.
MEDİA-nın Müşahidə Şurası toplanıb: nələr müzakirə olunub? - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"15 yaşında cavan oğlan kimiyəm" - Hafiz Hacıyev səhhəti haqqında yayılan iddialara belə cavab verdi
Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb
16 yaşlı məktəbli sinif yoldaşını bıçaqladı
MSK bu dairələrin tərkibini dəyişib
Məşhur jurnalist infarkt keçirib
Ermənistan ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalayır - Nələr olacaq? (TƏHLİL)
Sabunçuda evə hücum: ev sahibinə xəsarət yetirilib
Lavrov: "Rusiya və Azərbaycan münasibətləri etibarlıdır" - "Qaldı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə..."
Sosial Tədqiqatlar Mərkəzi ESOMAR qlobal platformasının üzvü olub
Türkiyə Daxili işlər nazirinin müavinin qardaşı saxlanıldı - "Səbəbini bilmirəm" (FOTO)
Məşhur aktrisa istintaqa çağırıldı - İntim əlaqə, şantaj və 5 milyon dollarlıq iddialar...
Türkiyə ordusu Suriyada PKK-ya ağır zərbə vurub
Nərimanovda əməliyyat: bu şəxslər tutulub
Sabah hava necə olacaq? - Proqnoz
Əli Əsədov təhsillə bağlı daha bir qərar imzalayıb - SİYAHI
İsmayıllıda polis əməliyyatı: saxlanılan var
Türkiyə Silahlı Qüvvələrində FETÖ əməliyyatı: 7 nəfər saxlanılıb
Vahid Əhmədov: "Hazırda xaricdəyəm, səhhətim də normaldır"
Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında - FOTOLAR (Yenilənib)
"Kontakt Home" fərdi məlumatlar haqqında qanunvericiliyi pozub
Nazirlik ADY-nin departament rəhbərinin müavininin diplomunu tanımayıb - "Sizə nömrəmi kim verib?"
Kamran Əliyev gənc hüquqşünaslara məsləhət verdi: "Prokurorluğa qəbul olunanlar dil biliklərini inkişaf etdirməlidir"
Antalyada terrorçu tutulub
İsrailin Müdafiə Nazirliyinin binası süpersonik raketlə vurulub? - Husilər "hə" deyir, ordu rədd edir
Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq - Hökumətdən qərar + DETALLAR
Bu qəndləri almayın! - Xəbərdarlıq
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat təyyarə göndərilib - AZAL açıqlama yaydı (Yenilənib)
Suriyalı nazirlər Türkiyəyə gəlir - Bölgənin gələcəyini müəyyən edən sazişlər imzalanacaq
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı? - Açıqlama
Maduroya açıq təhdid: "Hakimiyyətdə günləri sayılıdır" - "Gecə də yata bilmir, ətrafdan kimin onu ilk satacağından qorxur"
Ölkədə unun rəsmi qiyməti elan olundu - SİYAHI
Ramiz Zeynalovun adından istifadə edən şəxsə hökm oxunub
Məşhur aktrisa dünyasını dəyişib
DTX-dən MÜHÜM ƏMƏLİYYAT: 200 min dollarlıq sui-qəsd planının qarşısı alınıb, həbslər var
Azərbaycan neftinin qiyməti 85 dollara qalxdı
30 yaşlı qadın dəm qazından boğularaq ölüb
İsrail əsgərləri həlak olub - 8 hərbçi isə yaralanıb
Los-Ancelesdəki yanğın planlı olub? - Boş və qapalı su anbarları, yanğına sevinənlər və məşhur aktyorun tezisləri...
Myanmada torpaq sürüşməsi: 12 nəfər ölüb, itkin düşənlər var
İsrail Livanın cənubundan geri çəkildi - 11 nəfərin cəsədi tapılıb