3 qurum birləşdiriləcək? - Yeni nazirlik yaradılacağı haqda iddia yayıldı

img

06-12-2024 [11:50]


Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yeni nazirlik yaradılacaq. 

Mia.az bakupost.az-a istinadla xəbər verir ki, hazırda fəaliyyət göstərən bir sıra dövlət qurumları və müəssisələr yeni nazirlikdə birləşdiriləcək. 

Həmin qurumların Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "AzerGold " Qapalı Səhmdar Cəmiyyəti olduğu bildirilir.

Yeni nazirliyin, eləcə də ona rəhbərlik edən şəxsin adının yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinə general-leytenant Şahin Bağırov, Dövlət Vergi Xidmətinə Orxan Nəzərli, “AzerGold” QSC-yə isə Zakir İbrahimov rəhbərlik edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR