QAYNAYAN SURİYA: üç hal, iki yeni dövlət yaranma ehtimalı var - TƏHLİL
05-12-2024 [15:08]
Suriyada bir neçə illik nisbi sabitlikdən sonra “Heyət Təhrir əş-Şam”ın Hələb və İdlibi ələ keçirməsi ilə başlayan döyüşlər fonunda müxtəlif dövlətlərin planları ilə bağlı ehtimallar da gündəmə gəlib.
Ümumi yanaşma belədir ki, Suriya yenidən parçalana bilər.
Ümumiyyətlə, Suriya prosesinə həm də İraq kontekstindən baxmaq lazımdır. Çünki regionun siyasi xəritəsinin dəyişməsindən bəhs ediriksə, hazırda hər iki ölkə buna uyğundur.
Suriyada mərkəzi hakimiyyət, dövlət anlayış de-yure, İraqda isə de-fakto yoxdur. Hər ikisində fərqli ölkələrin marağı, dəstəklədiyi entik-dini silahlı qruplar var. Təbii olaraq bu da regionun siyasi xəritəsinin məhz Suriya və İraq üzərindən dəyişəcəyi qənaətini yaradır.
Hazırda baş verən hadisələr 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərini xatırladır. Həmin dövrdə də regionun siyasi xəritəsinin dəyişməsi gündəmdə idi. Xüsusilə “Avropanın xəstə adamı” olaraq görülən Osmanlı Birinci Dünya müharibəsindən sonra süqut etdi. Lakin bundan əvvəl də Yaxın Şərqə yəhudilərin köçürülməsi, ermənilərin, kürdlərin və ərəblərin üsyanları baş verirdi.
Böyük dövlətlərin Yaxın Şərq siyasəti “parçala, hökm sür” olub. Bu minvalla Osmanlı sonrası regionda ərəb, erməni, yəhudi dövləti yaradıldı. Ərəblərin xəyanəti nəticəsində Britaniya və müttəfiqləri Osmanlını məğlub edə bildi və nəticədə birdən çox kukla dövlətlər yaradıldı. Yəhudilər isə Britaniyaya həm Birinci, həm də İkinci Dünya müharibəsi zamanı maliyyə dəstəyi verdiyi üçün İsraili qura bildilər.
Ermənilər siyasi manevrlə (xəyanət, ikiüzlülük) regionda dövlət qurmağı bacardılar. Bu prosesdə təkcə kürdlərin əli boş qaldı. Bunun əsas səbəbi isə kürdlərin Osmanlıya daha bağlı olması və qəbilə-tayfa təfəkküründə qalması idi. Britaniyalı kəşfiyyatçıların ərəblər kimi kürdləri üsyana sövq edə bilməməsi, üsyanlara kürdlərin dəstək verməməsi kürd dövləti məsələsini keçərsiz etdi.
Hazırda regionun siyasi xəritəsi dəyişsə, iki əsas dövlət yarana var:
1. Kürd dövləti;
2. Türkmən dövləti.
Kürdlər və türkmənlər regionda sayı milyonu keçən, lakin dövləti olmayan iki etnik qrupdur. Həm Suriya, həm də İraqda hər iki etnik qrup yaşayır.
Bununla belə, hesab edirəm, regionda yeni bir dövlət qurulacaq, lakin bu, kürd dövləti olacaq:
Birincisi, ABŞ, Qərb, hətta Rusiya bunu istəyir. İllərlə Türkiyədə PKK, İraqda Bərzani və talabanilər, Suriyada PYD, YPG, İranda isə PJAK üzərindən bu plan reallaşdırılmağa çalışılır.
İkincisi, kürdlərin sayı regionda türkmənlərdən daha çoxdur. Kürdlər ötən əsrlə müqayisədə milli şüura yiyələnməyi və təşkilatlanmağı öyrənib.
Üçüncüsü, kürdlər istər terror təşkilatı, istərsə də özünümüdafiə dəstələri fonunda döyüşməyi, vahid komandalıq şəklində hərəkət etməyi öyrəniblər.
Yəni bu və ya başqa formada gələcəkdə kürd dövlətinin yaranması qaçınmazdır. Belə olan halda bu proseslə mübarizə aparmaq yerinə, onu idarə etmək lazımdır. Məsələ ondadır ki, Türkiyə regionda kürd dövlətinin yaranmasına razı deyil. Nə İraqda referenduma, nə də Suriyada PYD timsalında kürd dövlətinin yaranmasına heç vaxt icazə verməyib.
Əslində, Türkiyədə 30 ildən artıqdır davam edən kürd separatizmini nəzərə alsaq, bu yanaşmanı anlamaq olar, lakin şərtlər dəyişib. Yəni kürd dövləti gec-tez yaranacaq. Türkiyə buna müqavimət göstərmək yerinə razı olmalı, özünün nəzarətində kürd dövlətinin yaranmasına icazə verməlidir.
Hesab edirəm, regionda kürd dövləti yaranacaqsa, bu, İraqda olmalıdır. Neçirvan Bərzani rəhbərliyində qurulacaq federal bir kürd dövləti Türkiyə, hətta Azərbaycanın da maraqlarına uyğundur. Bu həm regionda kürdlər üzərindən aparılan siyasəti Ankaranın xeyrinə dəyişər, həm də Türkiyədəki kürd separatizmini bitirə bilər.
Ankara ABŞ və Qərbi qabaqlayıb özünün seçəcəyi bir ərazidə kürd dövləti yaratmalıdır. Əks təqdirdə Suriyada yaranacaq PYD kürd dövləti ABŞ-ın himayəsində toxunulmaz olacaq və Ankaranın başını çox ağrıdacaq.
Turan Rzayev,
Poitoloq
MİA.AZ
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK