Ramazan Kadırov indi də Trampa "ilişdi": "Görək, nə qədər adamlığı var..."

img

05-12-2024 [11:14]


Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov mətbuat konfransında ABŞ-ın yeni prezidenti Donald Trampı "sataşıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Trampın hələ seçkidən əvvəl "Seçilsəm, 24 saat içində Ukraynadakı müharibəni bitirəcəm" bəyanatını xatırladaraq, ona mesaj verib.

Çeçen lideri deyib: "O, 24 saat ərzində müharibəni dayandıracağına söz verdi. Görək, nə qədər adamlığı var".

Kadırov Trampın sözünün üstə duracağına şübhə ilə yanaşdığını gizlətməyib.

Xatırladaq ki, Ramazan Axmetoviç Kadirov 5 oktyabr 1976-cı ildə Tsentoroyda anadan olub. O, Rusiya Federasiyaya bağlı Çeçenistanın üçüncü prezidentidir. Ahmet və Ayman Kadırovlar ailəsinin ikinci oğlu və kiçik övladı idi. Onun özündən böyük Zəlimxan adlı böyük qardaşı və Zərgan və Zülay adlı iki bacısı var.

Atası 2004-cü ildə terror hücumunda öldürülüb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR