Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05-12-2024 [00:01]
Qoç - hadisələrin mərkəzində olun. Mühüm məsələlərin həllində iştirak edin, informasiya kanallarını genişləndirin. Məşğul olduğunuz layihəni və ya işi inkişaf etdirin. Cari məsələni həll etmək üçün əlavə əlaqələr və resursları cəlb edin.
Günün ikinci yarısı maddi baxımdan əlverişlidir. Gözlədiyiniz sonuc tezliklə əldə olunmasa da, gələcəkdəki uğurun əsasını qoyursunuz.
Önəm verdiyiniz insanların sözlərinə qulaq asın. Ehtiyac yaranarsa, təklif edilən yardımdan istifadə edin. Sizi sonradan dəyişikliklərə səbəb ola biləcək xoş sürprizlər gözləyir.
Axşam saatlarında istirahət edin, əylənin. İntuisiyanız sizə dərhal nəyisə etməyin gərəkdiyini deyirsə, imkanı əldən verməyin.
Buğa - başladığınız işlərdə uğur və irəliləyişlər vəd edən gündür. Qətiyyət və intizam çətinlikləri dəf etməkdə yardımçınız olacaq. Tənbəllik etməyin, mühüm işləri başqalarına həvalə etməyin. Aktual məsələlərin həllini təxirə salmayın.
Bütün bunlar bədxahlarda paxıllıq yaradacaq nəticələr əldə etməyə imkan verəcək. Gərəksiz riskə varmayın. Sınanmış metodlardan istifadə etsəniz, itki verməyəcəksiniz.
Günün ikinci yarısı yaxınlarınızla səmimi söhbətlər, sizi narahat edən problemlər, mübahisəli məsələlərin müzakirəsi üçün yaxşıdır. Kompromis əldə ediləcək.
Axşam saatlarında aktiv istirahəti seçin.
Əkizlər - günün ilk yarısında çətinlik çəkəcəksiniz. Formalaşmış situasiyanı dəyərləndirmək, yaxın ətrafınızdakı insanların davranış və motivasiyalarını anlamaq asan deyil.
Yaranan perspektivlər cazibədar təsir bağışlasalar da, sizi narahat edən məqamlar var. Sonradan yol verilən səhvlərin pərişanlıq yaratmaması üçün intuisiyanızın sizə verdiyi işarələrə fikir verin.
Tənbəllik etməyin, ətalətli davranmayın. Məqsədə çatmağınız bu gün əzm və qətiyyətinizdən, işgüzarlığınızdan asılıdır.
Zərərli vərdişlərdən birini unudun.
Günün ikinci yarısı xeyli yaxşı keçəcək. Konstruktiv olun, əvvəllər çəkindiyiniz sədləri dəf etməyə çalışın. Yaşamınızda əhəmiyyətli rol oynayan insanla görüş yaxşı keçəcək.
İşgüzar və şəxsi münasibətlərdə irəliləyişlər olacaq.
Xərçəng - görüş, toplantı, danışıqlar üçün yaxşı vaxtdır. Maliyyə məsələlərinə xüsusi diqqət ayırın. Anlaşma və sövdələşmə, xərclərlə gəlirlərin planlaşdırılması üçün əlverişli zamandır.
Həvəssiz işləməyin.
Status-kvonu qorumaq üçün kimisə öz fəaliyyət planınıza riayətə vadar etməyin.
Evdə təmir işlərinə başlamaq olar.
Ailə üzvləriniz və yaxınlarınızın qeydinə qalın. Onlar sizdən diqqət gözləyirlər
Şir - yaxın ətrafınızdakı insanlarla ədalətli və şəffaf münasibətlərə nail olmaq istəyirsinizsə, aqressiv davranmayın. Psixoloji təsir və inandırmağa cəhdlər daha effektivdir. Kimsəni nəyəsə məcbur etməyin.
Günün ikinci yarısı yeni işə başlamaq üçün münasib zamandır.
Ailə üzvlərinə yardım edin, onların işlərinin bir qismini görün. Belə qayğıkeşliyin müqabilində xoş sözlər eşidəcəksiniz.
Axşam saatları romantik hisslər vəd edir.
Qız - dostlardan birinin davranışı və sözləri sizi təəccübləndirəcək. Bu adam sizdən faydalanmaq, vəziyyətdən sui-istifadə etmək istəyir.
İşdə həmkarlarınızla normal davranın. Situasiyaya total nəzarət xülyalarını unudun.
Günün ikinci yarısı kollektiv fəaliyyət üçün münasibdir. Liderlik iddiasına düşməsəniz, hər şey yaxşı olacaq.
Axşam saatlarına yaxın yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Onlara azad seçim imkanları yaradın. Yorğunluq, işgüzar aktivliyin azalması hissləri olacaq. Bir qədər dincəlin.
Tərəzi - işdə rəhbərliyin yanında özünüzü həddən ziyadə ağıllı göstərməyə çalışmayın. Çox danışmayın, gəvəzəlik etməyin. Anlaşma, müqavilə, müzakirələr üçün əlverişli deyil. Maliyyə əməliyyatlarını təxirə salın, yeni layihəyə başlamayın.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlara bel bağlamayın. Səfərdə ənənəvi marşrutu seçin. Hansısa problemin həlli prosesində əleyhinizə olan qərar verilə bilər.
Axşam saatlarına yaxın ailə üzvlərindən biri ilə bağlı əndişə yarana bilər. Önəm verdiyiniz insanların yanında olun.
Əqrəb - konkret layihədəki zəhmət və səylərinizdən asılı olaraq uğuru proqnozlaşdıra bilərsiniz. Bu gün ən böyük rəqib və düşməniniz tənbəllikdir. Qərarları qəbul edəndə cəsarətli olun. Yaşam mövqeyinizi aktivləşdirin.
Günün ikinci yarısında rəsmi tədbirə qatılmaya da bilərsiniz. Səfərdə yeni marşrut seçin.
Səbrli və soyuqqanlı olsanız, yaxınlarınızla münasibətlər rəvanlıq çərçivəsindən çıxmayacaq. Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Oxatan - günün ilk yarısı yeni layihələrə başlamaq üçün əlverişli deyil. Yarımçıq işləri başa vurun. Diqqətli olun. Sonradan ağır fəsadlara səbəb olacaq səhvlərə yol verməyin. Pozitiv olun, istənilən situasiyadan yararlanmağa can atın.
Günün ikinci yarısında ertələnmiş işlər barədə düşünməyə dəyər. Romantik hisslərə qapılmayın. Evdə və işdə olmağınız önəmli deyil - əsas məsələ təfərrüatları nəzərdən qaçırmamaqdır. Axşam saatlarını dəyər verdiyiniz insana həsr edin.
Oğlaq - yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırmaq üçün əla zamandır. Yeni kollektivdə çalışmağa başlamaq, iş yeri və ya fəaliyyət istiqamətini dəyişmək barədə düşünmək olar. Adaptasiya, uyğunlaşma və yeni biliklər əxz etmək üçün əlverişli zamandır.
Günün ikinci yarısında münasibətləri ciddi şəkildə saf-çürük etməyin. Sevdiyiniz insanın emosional davranışı sizi olayları məntiqlə dəyərləndirmək imkanlarından məhrum etməməlidir.
Təmaslara dəyər verin. Axşam saatları romantik görüş üçün düşərlidir.
Dolça - günün ilk yarısında gərəkli zamanda gərəkli yerdə olmağı bacarın. Situasiya ümumən pozitiv olsa da, gecikmə və ya huşsuzluq önəmli məsələnin həllində problemlər yarada bilər. Başlıca məsələ təlaşa qapılmamaq, natamamlıq kompleksinə tutulmamaqdır.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsində yeni zirvələr fəth etməyə çalışın.
Ailədəki vəziyyət həddən ziyadə gərginləşərsə, duruma nəzarət edin. Ayrılma ilə bitə biləcək münaqişənin qarşısını alın. Münasibətləri normallaşdırın. Sevdiyiniz insanın kiçik nöqsanlarını şişirtməyin.
Balıqlar - kollektiv fəaliyyət üçün əlverişli zamandır. Müxtəlif tədbirlərin hazırlanması, yeni planların əsasının qoyulması üçün yaranmış şanslardan istifadə edin.
Cari məsələlərin həllində əhəmiyyətli irəliləyişə nail olmaq üçün yeni ideyalar faydalı ola bilər.
Eyni vaxtda bir neçə işlə məşğul olmaq mümkündür.
Günün ikinci yarısı yeni əlaqələr və faydalı tanışlıqlar dövrüdür. Ünsiyyət, danışıqlar və yazışmanın xüsusi əhəmiyyəti var. Dostlarınızla tanışlarınız sizi yeni məlumatlarla təmin edəcəklər.
Axşam saatları dostlarla təmaslar və birgə istirahət üçün əlverişlidir.
Milli.Az
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq