Ərdoğanla Putin telefonda danışdı: "Suriyada xaos deyil, əmin-amanlıq istəyirik"

img

03-12-2024 [21:00]


Bu gün Türkiyə Prezidenti Ərdoğan Rusiya prezidenti Putinlə telefonla danışıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər Türkiyə-Rusiya ikitərəfli əlaqələri ilə yanaşı, Suriyadakı son hadisələr, qlobal və regional məsələlər ətrafında müzakirə aparıblar.

Türkiyə mətbuatı yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini növbəti dəfə təkrarlayıb.

O, bununla yanaşı, Suriyada ədalətli və daimi həll üçün səy göstərdiyini, bölgədə diplomatiyaya üstünlük verilməsinin vacib olduğunu xüsusi vurğulayıb: "Bu prosesdə Suriya rejimi siyasi həll prosesinə işıq yandırmalıdır. İstəyimiz odur ki, son hadisələr kontekstində mülki əhali zərər görməsin. Biz Suriyada daha böyük xaos deyil, əmin-amanlıq görmək istəyir və bunun üçün əlimizdən gələni edirik".

Prezident Ərdoğan Suriyadakı xaosdan faydalanmağa çalışan terror təşkilatı PKK və onun uzantıları ilə mübarizədə qətiyyətli davranacaqları barədə əvvəlki bəyanatlarını da yeniləyib.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR