İran XİN başçısı: "Əsədə yardım üçün ordu göndərməyə hazırıq" - İraqdakı silahlı qruplar Suriyaya daxil olub 

img

04-12-2024 [00:20]


"Əgər Suriyadan - Bəşər Əsəddən rəsmi tələb olarsa, o zaman İran ölkəyə ordu göndərməyə hazırdır"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu şok bəyanatı İranın xarici işlər naziri Abbas Arakçi verib.

Xarici işlər naziri deyib ki, İran Ordusu hər an Suriyaya daxil olmaq üçün  ayaq üstə gözləyir: "Biz suriyada baş verənləri müzakirəe tmək üçün Moskva ilə də təmasdayıq. Rusiyaya səfərim də gündəmdədir, lakin tarix dəqiq deyil"

Xəbərdə o da deyilir ki, artıq Bəşər Əsədə xaricdən ilk dəstək qüvvələri hərəkətə keçib. İddia olunur ki, İraqda İranın dəstəklədiyi şiə milislər artıq Suriyaya giriblər.

Bu barədə “Reuters”in  məlumatına görə, İranın dəstəklədiyi şiə milislər Suriya Rejim Ordusunun sıralarında artıq müxalif qüvvvələrlə döyüşə başlayıblar.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR