TRAMP YAXIN ŞƏRQ ÖLKƏLƏRİNİ AMANSIZ ZƏRBƏYLƏ HƏDƏLƏDİ: KONKRET VAXT QOYDU: "...cəhənnəmə döndərəcəm"

img

03-12-2024 [09:31]


“Əgər 20 yanvara kimi, Qəzzada yəhudi girovlar azad edilməsə, Yaxın Şərq cəhənnəmə dönəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın yeni prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu və onun həyat yoldaşı Sara Netanyahu ilə söhbətindən qısa zaman sonra deyib.

O, İsrail Baş naziri ilə Qəzza zolağında israilli girovlarla bağlı məsələni müzakirə etdiyini qeyd edib və HƏMAS və onu himayə edənləri, o cümlədən İsraili təhdid edənləri sərt zərbəylə hədələyib: "Əks halda, Yaxın Şərq cəhənnəmə dönəcək".

Tramp İsrail düşmənlərinə konkret vaxt qoyaraq deyib ki, əgər vəzifəsinin icrasına başlayana qədər, yəni, 20 yanvar 2025-dək HƏMAS yəhudi girovları sərbəst buraxmazsa, bunun bədələni hər kəs - bütövlükdə Yaxın Şərq ödəyəcək: "Hər kəs Qəzzada qeyri-insani şəkildə girov saxlanılan israillilərdən danışır. Hamı danışır, amma heç kim tədbir görmür. Gəlin sizə gerçəyi bildirim: əgər girovlar 20 yanvar 2025-ci il tarixindən əvvəl azad edilməzsə, bu bədəli Yaxın Şərqdəki hər kəs ödəyər, xüsusilə bu suçu işləyənlər. Bu işdə məsuliyyət daşıyanlar   Amerika tarixində görünməmiş şəkildə vurulacaq. Girovları dərhal azad edin".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR