"Med Plaza"nın həkimi Salyan sakinini aldadıb? - Salyan sakini "Xəzər TV"yə şikayətlənib (VİDEO)

img

30-11-2024 [09:16]


Salyan rayon sakini Şahmar Ağayev müalicə olunmaq üçün 11 min manat xərclədikdən sonra sağlam olduğunu öyrənib.

Mia.az-ın məlumatına görə, o, Xəzər TV-yə danışıb ki, "Med Plaza" klinikasında fəaliyyət göstərən həkim tərəfindən aldadılıb.

Şahmar Ağayev bildirir ki, ötən il mədəsində ağrılar olduğu üçün adıçəkilən klinikaya müraciət edib. Burada onu uzman həkim kimi təqdim edilən Ramin Məhərrəmovun yanına göndəriblər. İlk müalicə təsirsiz qaldığından, o, həkimlə yenidən əlaqə saxlayıb:

"Ağrılarım artmışdı. Həkimə zəng etdim, dedi yenidən gəl. Klinikaya gedəndə mənə yeni dərmanlar yazdı. Bununla yanaşı, müalicə üçün 520 manatlıq sistemlər təyin etdi. Dərman və müalicələr üçün əvvəlcə traktorumu satdım, sonra kredit götürdüm. Ümumilikdə 11 min manat xərclədim, amma vəziyyətim daha da pisləşdi".

O, sonradan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib və heç bir xəstəliyinin olmadığını öyrənib:

"Mənə xərçəng diaqnozu qoyulmuşdu. Ancaq Şirvanda müayinədən keçəndə məlum oldu ki, bu doğru deyil".

Ətraflı "Xəzər Xəbər"in süjetində:


Digər xəbərlər
SON XƏBƏRLƏR