POLŞA PREZİDENTİ AZƏRBAYCANLA SƏRHƏDDƏ... - Rəsmi Bakı etiraz bəyanatı yaydı

img

27-11-2024 [17:35]


"Polşa Prezidenti Andjey Dudanın Aİ-nin Ermənistandakı Missiyasının (EUMA) üzvləri ilə birgə Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfəri Aİ-nin müxtəlif üzv ölkələrinin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişidir".

Mia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında yer alıb.

Paylaşımda deyilir ki, Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu"nda iştirak etməsi dərin təəssüf hissi yaradıb: "Azərbaycan rəsmilərinin Polşanın Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdiyi çoxsaylı mesajlara baxmayaraq, Polşa tərəfi bu təxribatçı addımdan çəkinməyib. Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır".


Digər xəbərlər
SON XƏBƏRLƏR