İsrail hökuməti şikayət verib - Netanyahu və Qallantın həbsi ilə bağlı

img

28-11-2024 [00:21]


İsrail Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsi ilə bağlı qərara hüquqi baxımdan da etiraz edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məqsıdlə hpkumətin müvafiq qurumları "Qəzzada müharibə və insanlığa qarşı cinayətlər”lə çıxarılan qərarın ləğvi üçün apellyasiya şikayəti verib.

Məlumata görə, şikayətdə həsb orderinin əsassız olması əsas gətirilərək ləğvi tələb olunur: "Hökumət şikayətə  baxılana qədər həbs qərarlarının icrasının təxirə salınmasını da istəyir".

Xatırladaq ki, qərar çıxarılan günü İsrail hökuməti hökmü "yox" səviyyəsində sayaraq tanımadıqlarını bəyan etmişdi. Hətta Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs qərarının qanuniliyi şübhə altına alınmışdı

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR