BMT-də yeni qətnamə qəbul edilib - Azərbaycanın tələbi ilə
15-11-2024 [08:40]
BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib.
Mia.az xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb.
Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari çıxışında “İtkin düşmüş şəxslər” adlı qətnamənin ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyini və qətnamənin hər iki ildən bir irəli sürüldüyünü xatırladıb.
Ahəngari qətnamənin əsas məqsədinin silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qabaqlanması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsi olduğunu vurğulayıb.
Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, bu ilki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O qeyd edib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb.
Qətnamədə eyni zamanda BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunub(Report).
Rusiya ordusu Kurski azad edib
İranda nə baş verir? - 4 nəfər ölüb, 516 yaralı var (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını rədd edib - Ruben Vardanyan və digərləri ilə bağlı
Elçin Cavadovun "Avtomatikanın əsasları" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib - FOTOLAR
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PA-nın vəzifəli şəxslərinin qəbul günləri... - CƏDVƏL
Malyariyaya qarşı sağlam gələcəyin təmin olunması ictimaiyyətin birgə məsuliyyətidir - Təranə Tağızadə yazır
Vilayət Eyvazov generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
Ekvadorda zəlzələ baş verib - 6,3 bal gücündə
Prezident Anar Quliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi
Milli mətbuatın 150 illik yubileyi keçiriləcək - Sərəncam
Bəzi rayonlarda daşqın və sel olacaq
İki bankın əmlakları hərraca çıxarılıb
Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb
Bu kollecə direktor və müavin təyin olunub
ƏVƏZ ZEYNALLI AZADLIĞA BURAXILDI - Məhkəmə qərar verdi
Qətərdə qəzada ağ ciyəri sıran çıxan, 11 qabırğası qırılan idmançı ölkəsinə aparılır - Təcili yardım təyyarəsi ilə
Klub prezidenti 23 günlük cəzalandırılıb - Baş məşqçi isə...
"ASİYA PƏLƏNG"İ TRAMPI ÖZ XALQINA YALAN DANIŞMAQDA SUÇLADI: "Yalan deyir, ABŞ-la müzakirə aparılmır"
İlham Əliyev və birinci xanım Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində - FOTOLAR (YENİLƏNİB)
Bakıda 52 yaşlı kişi öldürülüb
Heydər Əliyev Məhəmməd Hatəmidən nə xahiş etmişdi? (TƏHLİL)
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs olunub
Qaradağda məmurlar gölü qurudub satırlar, ekoloji tarazlıq pozulub - AZTV-nin çəkiliş qrupu necə aldadılıb? (VİDEO)
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş "Zərif uğurların nişanəsi” adlı tədbir keçirilib - FOTOLAR
Aİ rəsmisi Bakıda: "Azərbaycandan müəyyən gözləntilərimiz var"
Prezident İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib - Nələr müzakirə olunub?
MOSKVADA ŞOK OLAY: General maşınında partladıldı - FOTO
17 yaşlı türk futbolçu "Nyukasl"a satıldı - Cəmi 65 min dollara
Futbol çemponatının növbəti turunun proqramı bəlli oldu
Həcc ziyarətinə sənəd qəbulu uzadılıb
“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir