Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-11-2024 [00:01]
Qoç - münaqişəli situasiyaları çözməyə çalışın. Həddən artıq yorulacağınız işə başlamayın. Şübhəli işlərə qatılmayın. Niyyətiniz dürüstdürsə, yaxın ətrafınızdakı insanlar bunu dəyərləndirəcəklər. Qohumlarla münasibətləri korlamayın.
Günün ikinci yarısında danışıqlar və müzakirələrdə diqqətli olun. İnsanların gur olduqları yerlərə can atmayın.
Aktivliyi unutmayın, fəal davranın. Səhhətinizin qeydinə qalın. Yeni pəhrizə başlamaq olar.
Buğa - bütün işləri bu gün bitirməyə can atmayın. Sizdən asılı olmayan şərtlər var. Planlarda köklü dəyişiklik istisna deyil. Mənfi emosiyalarınızı büruzə verməyin.
Günün ikinci yarısında yaxınlarınızdan biri sizə qarşı əsassız iddialarla çıxış edəcəklər. Araşdırma və müzakirələrdə fəallıq etməyin. Bir qədər düşünün. Belədə yaranmaqda olan münaqişəni çözə bilərsiniz. Axşam saatlarında görüşü, alış-verişi təxirə salın. Vaxtınızı ailənizlə keçirin.
Əkizlər - ünsiyyətinizi minimuma endirməyə çalışın. Yeni layihələrə başlamayın, mühüm saziş və ya sənədi imzalamayın. Peşəkar fəaliyyət müstəivisindəki tərəfdaşlarla yanaşı, ailə üzvlərinin də sizə münasibətlərində anlaşılmazlıqlar ola bilər. Yaxın ətrafınızdakı insanları kəskin tənqid etməyin.
Günün ikinci yarısında mümkün münaqişənin qarşısını alın, sülhyaratma missiyasını reallaşdırın. Təxribatlara uymayın. Ən ağır situasiyalarda da sakit və təmkinli olun.
Axşam saatlarında enerji səviyyəniz aşağı düşəcək. Evdə, sakit şəraitdə istirahət edin. Səhhətinizə fikir verin.
Xərçəng - bütün fəaliyyət sahələrində riski istisna edin. Yeni işə başlamayın, uzaq səfərə yollanmayın. Yaxınlarınızdan birinin maddi və ya mənəvi dəstəyinə bel bağlaya bilərsiniz.
İnandığınız insanların məsləhətlərinə qulaq asın. Bu minvalla çətin vəziyyətdən çıxa bilərsiniz.
Günün ikinci yarısında maliyyə məsələlərinin həllini ertələyin. Borc pul almayın. Orqanizminizin durumuna fikir verin. Yaxşı istirahətə ehtiyacınız var.
Şir - asılı olduğunuz və ya yaşamınıza hər hansı formada təsir imkanlarına malik insanla görüşü ertələyin. Münaqişəli situasiyanın iştirakçısı olmayın. Bütün problemləri ani cəhdlə həll etməyə can atmayın. Müşküllərin çözümünü ideal səviyyəyə çatdırmağa çalışmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar səylərinizi yetərincə dəyərləndirməyəcəklər. Yaxınlar və dostlarla münasibətləri gərginləşdirməyin. Sevdiyiniz insanla axşam saatlarında görüşmək olar.
Qız - şəxsi münasibətlər ön plana çıxacaq. Münasibətlər sınanacaq. Dəyər verdiyiniz insanla bağlı yeni, ürək açmayan həqiqəti öyrənəcəksiniz. Ünvanınıza çox ədalətsiz iradlar səslənəcək.
Günün ikinci yarısında iri miqyaslı maliyyə əməliyyatları keçirməyə dəyməz. Risk etməyin. İşinizi sürəkli kontrolda saxlayın. Səhvlər və itkilərdən xali deyilsiniz. Axşam saatlarında əyləncə məkanına istirahətə yollanmayın.
Tərəzi - yardıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Pis gün deyil. Maliyyə çətinlikləri istisna olmasa da, problemləri həll etmək üçün borc almayın, kredit götürməyin. Riskli situasiyalardan da uzaq durun. Günün ikinci yarısı yaxın dostlarla görüş üçün əlverişlidir. Amma səs-küylü məclisə qatılmayın. Sevdiyiniz insan sizə xoş sürprizlər edəcək. Axşam saatlarında istədiyiniz kimi istirahət edə bilərsiniz.
Əqrəb - yaxın ətrafınızdakı insanların sizdən sui-istifadə etməyə çalışdıqlarını hiss edəcəksiniz. Onların hərəkət və davranışlarında məntiq yoxdur. Var qüvvənizdən yararlanaraq məqsədə çatmağa çalışmayın.
Yel dəyirmanları ilə savaşmayın. Sevdiyiniz insanla münasibətləri günün ikinci yarısında harmonik saxlamağa çalışın. İtkilər və cərimələr istisna deyil.
Axşam saatlarına yaxın ailə üzvlərinə daha çox vaxt ayırın. Səs-küy və vurnuxmadan uzaqda, ailə üzvləri ilə birlikdə dincəlin.
Oxatan - gün ərzində gərgin, mürəkkəb situasiya olacaq. Aktivliyi bir qədər azaldın, cari işlər barədə düşünün. Mövcud situasiyaya bir qədər kənardan baxmağı bacarın. Problemin orijinal həll yolunu tapa bilərsiniz.
Çoxdan bəri aradığınız məlumat və ya xəbəri günün ikinci yarısında ala bilərsiniz. Yaxınlarınızla təmaslarda rəvanlığı pozmayın. Köhnə umu-küsünü yenidən gündəmə gətirməyin. Bütün istəklərinizin reallaşmasını istəməyin.
Axşam saatlarında qohum və ya dostlardan biri qonaq gələ bilər.
Oğlaq - ailə münasibətlərindəki gərginlik günün ilk yarısında pik həddə çata bilər. İnciklik, tənqid və iradları eşitməyə hazır olun. Deyilənlərə verəcəyiniz reaksiya mübahisənin sonucunu həll edəcək. Sakit olub təmkinlə davransanız, münasibətlərdəki harmoniyanı bərpa etmək mümkündür.
Günün ikinci yarısında əhvalınızda kəskin dəyişikliklər olacaq. Aqressiyaya yol verməyin. Haqlı olduğunuzu sərt şəkildə sübut etməyin. Sözlərinizi yumşaldın, hikkə ilə danışmayın.
Axşam saatlarında başağrısı peyda ola bilər.
Dolça - səbrli və təmkinli olsanız, problemlərin uğurlu həllinə bel bağlaya bilərsiniz. Maliyyə məsələlərinin həllinə çox vaxt ayırmayın. Riskli, şübhəli əməliyyatlara başlasanız başlasanız, uduzacaqsınız.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdəki anlaşılmazlıq problemlər yaradacaq. Hansısa hadisələri sirr saxlayın. Fəqət, sevdiyiniz insandan nəyisə gizlətməyə çalışmayın. Çünki bu olay sonradan aşkarlanarsa, sərinləşmə yarana bilər.
Qısqanc davranmayın.
Balıqlar - yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, enerji artımını hiss edəcəksiniz. Uğurlu situasiyadan yararlanaraq bilik və bacarıqlarınızı nümayiş etdirin. Yeni süjet, orijinal ideya tapa bilərsiniz. Tapıntılarınızı unutmayın, amma hər addımbaşı da onlardan bəhs etməyin.
Günün ikinci yarısında çətin problemi sürətlə həll edəcəksiniz. Tələsməyin, irəliyə doğru aramla irəliləyin. Hərəkətlərinizi planlaşdırın. Axşam saatları istirahət zamanıdır.
Milli.Az
İntiqam Valehoğlu APA TV-yə aparıcı kimi dəvət alıb
SURİYADA 53 İLLİK TARİXİN SONU: bölgəni nə gözləyir? - TƏHLİL
Ceyhun Bayramov: "...xəbəri dərin kədər hissi ilə qarşıladıq"
Avropa İttifaqı: "Bəşər Əsəd rejiminin süqutu..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qəzzada savaşdan 430 gün ötür - Ölənlərin sayı 45 minə çatır
Agentliyin əməkdaşları Füzulidə qəzaya düşüblər
Bələdiyyə seçkiləri: namizədlərin sənəd qəbulu başlayır
Nazirlər Kabineti daha iki qanuna dəyişiklik edib - Qərar
Ceyhun Bayramov: "...xəbərini dərin kədər hissi ilə qarşıladıq"
Xərçəng yaradan kolbasa və sosiskalar... - Ekspert rəyi + VİDEO
"Bu tarixlərdə ekspres qatar hərəkətdə olmayacaq" - Xəbərdarlıq
Türkiyədə torpaq sürüşməsi: 4 gənd ölüb - FOTO
Hikmət Hacıyev İsrail Prezidenti İsaak Hersoqla görüşüb - Nələr müzakirə olunub? (FOTO)
BU ŞƏXSLƏRİN XİN-də İŞLƏMƏSİ QADAĞAN OLUNUR - Siyahı
Xırdalan "suda üzür", avtobuslardan biri isə.. - FOTOLAR
Masazırda bəzi əraziləri su basıb
Rəsmi Moskvadan İsrailin 51 il sonra yenidən Suriya torpağına girməsinə sərt reaksiya - BMT TŞ toplanır
Əcnəbilərlə ailə quran diplomatlar... - Qayda dəyişir
Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi - 23 milyon dollar + FOTOLAR
Zakir Həsənov: "...xəbər məni dərindən kədərləndirdi"
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - Hərbçilər həlak olub, biri generaldır (FOTO, Yenilənib)
46 yaşlı musiqiçi toyda qəfil vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz
Prezident dörd ölkə arasında imzalanan protokolu təsdiqləyib
Politoloq Turab Rzayev saxlanılıb
YPG İraqla sərhəddə olan daha iki rayondan çıxarılıb - Rakkada isə xalq ayağa qalxıb
İordan çayının qərb sahilində həbslər var
İnam Kərimov Gürcüstana işgüzar səfər edib
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub - FOTOLAR
"Qardaşımın oğlanları namusuma göz dikdilər” - 4 uşağının hərəsi bir qardaşı oğlundan olan lənkəranlının sensasion ifadəsi üzə çıxdı
SMO MENBİÇİ YPG-dən TƏMİZLƏDİ - Türkiyə daha bir məqsədinə çatdı
Nizami Məmmədov general rütbəsindən məhrum edilə bilər
Yevlaxda iki məktəb direktoru dəyişib
İsrail Qəzzanı vurub - 8 fələstinli həyatını itirib, yaralılar var
Pensiyalar artımla nə vaxtdan veriləcək? - Tarix bəlli olub
Luiş Nani 38 yaşında aktiv futbolla vidalaşıb: "Vaxt gəlib çatdı..."
İran XİN başçısı Əsədin məğlubiyyətinin səbəblərini açıqladı - "Hazırda biz orada müxaliflərə dəstək verir və..."
Nazirlikdən əhaliyə - Xəbərdarlıq
Cənubi Koreya prezidentinə ölkədən çıxışa qadağa qoyulacaq? - Polis tələbi nəzərdən keçirir
Səbail sakinləri fəryad edir: yeraltı borular partlayıb, şirin su evləri basır, şikayəti isə dinləyən yoxdur - VİDEO
“İydə” MMC cərimələnib - Valyuta qalmaqalı