Dövlət Su Ehtiyatları Agentliyinin daha bir idarəsində qalmaqal - Prokurorluğa niyə şikayət olunub?
14-11-2024 [09:03]
Dövlət Su Ehtiyatları Agentliynin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi qurumda ixtisarlaşma haqda göstərişi bir çox idarələrdə qalmaqallar yaradıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, gərginlik yaranan rayonlardan biri də Hacıqabul Su və Meliorasiya İstismarı idarəsidir.
Məlumata görə, idarə rəhbəri Siyavuş Məmmədov ləğv olunmuş idarələrin işçilərini yerləşdirmək əvəzinə, onları ixtisarla çıxardır, özünə yaxın və kənardan su sisteminə kadrlar gətirir: "Təbii ki, bu zaman xoşagəlməz hallar da baş verir. Hətta Talış kənd sakini Rəhman Talıbov adlı biri "Meliorasiya"nın müavini Rasim İsmayılovdan Hacıqabul rayon Prokurorluğuna şikayət edib. Şikayətdə 6 min manatla bağlı qalmaqallı iddialar var...".
Bu şikayətin məzmunu ilə bağlı detalları dəqiqləşdirə bilmədiyimizdən hələlik təfərrüatlara toxunmuruq. Lakin Mia.az-a verilən məlumata görə, birləşdirilən idarənin yeni rəhbəri S.Məmmədovun hətta ali və orta ixtisas təhsilli adamları ixtisar adı ilə işlərindən uzaqlaşdırması birmənalı qəbul olunmayıb: "İdarədə böyük narazılıq yaradan digər məqam isə ali təhsillilərin yerinə orta təhsilli adamların işə götürülməsidir. Bu və ya digər səbəblərdən idarə "qaynayır"".
Mövzuya qayıdacağıq.
Xatırladaq ki, bir neçə gün əvvəl Zaur Mikayılov Tahir Xəlilovu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sədr əvəzi, Cavid İsmayılzadəni isə sədr müavini təyin edib. Bundan başqa, "Bakı Sukanal" MMC-nin rəisi Habil Quliyev də "vurulub".
Mia.az-ın əldə etdiyi məlumatda bildirilib ki, onun yerinə Səbail Sukanal idarəsinin rəisi Rauf Osmanov gətirilib...
Bu və ya digər dəyişiklikləri bir neçə gün əvvəl yayımladığımız xəbəri aşağıdakı linkdən oxuya bilərsiniz:
Samir Musayev
MİA.AZ
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq