İlham Namiq Kamalın 75 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib
31-10-2024 [09:34]
Oktyabrın 30-da Heydər Əliyev Sarayında tanınmış aktyor, Xalq artisti, “Şöhrət” ordenli professor İlham Namiq Kamalın 75 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
Mia.az xəbər verir ki, mədəniyyət və teatr xadimlərinin iştirakı ilə keçirilən yubiley gecəsində Xalq artistinin həyat və yaradıcılığından, onun Azərbaycan teatrındakı xidmətlərindən, aktyorluq və pedaqoji fəaliyyətindən ətraflı söz açılıb.
Tədbirdə Xalq artistinin iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar göstərilib.
Bildirilib ki, İlham Namiq Kamal müxtəlif teatrların səhnəsində yaratdığı biri-birindən maraqlı rolları ilə böyük tamaşaçı məhəbbəti qazanıb. O, uzun illər ərzində qazandığı bu sevginin nəticəsində çağdaş teatr sənətimizin tanınmış nümayəndələrindən birinə çevrilib.
İlham Namiq Kamal hər zaman özünü şanslı aktyor hesab edib. Gəncliyindən bu günə qədər ona istədiyi rolları həvalə ediblər. O isə istedad və bacarığını səfərbər edərək yüksək sənət nümunələri yaradıb. Özünün dediyinə görə, demək olar ki, həsrətində olduğu heç bir obraz yoxdur. Bu haqda söhbət düşəndə zarafatla deyir ki, mən niyə obrazların həsrətini çəkməliyəm, qoy rollar mənim həsrətimi çəksinlər. İlham Namiq Kamal sənətinin formulu budur.
Onun yaradıcılığında yumora və satiraya meyil güclüdür. Lakin bununla belə aktyor ən müxtəlif janrlarda olan əsərlərdə də maraqlı obrazlar yaradıb. Bu obrazlar bir qayda olaraq daxili və xarici rəngarənglik vəhdətində təqdim olunur, onların bədii bütövlüyü tamaşaçını valeh edir. Aktyor obrazın müəllif ideyasına və rejissor yozumuna müvafiq olaraq Cəfər Cabbarlının yazdığı kimi, “nitq cildi”nin və “hərəkət” toplusunun vəhdətində təqdim edir. Teatrda olduğu kimi, ekranda yaratdığı obrazların da bədii bütövlüyünə və xarakter rəngarəngliyinə çalışır.
"Azərbaycanfilm”in istehsal etdiyi ekran əsərlərində, onlarca televiziya verilişində satirik obrazlarda, "Mozalan” satirik kinojurnalında yüzə yaxın bədii süjetdə uğurla çıxış edən aktyor tamaşaçıların sevimlisinə çevrilib.
Gecədə 75 yaşlı sənətkar tədbirin əvvəlindən sonunadək həm yubilyar, həm aparıcı, həm də iştirakçı kimi səhnədə çıxış edib.
Yubilyar bütün iştirakçılara təşəkkürünü çatdırıb və bundan sonra da Azərbaycan teatrının inkişafı naminə yorulmadan fəaliyyət göstərəcəyini söyləyib(Axsam).
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb