İstanbulda evində saxlanılan CHP-li bələdiyyə sədri haqda həbs qərarı verildi - PKK ilə işbirliyində ittiham olunur
31-10-2024 [09:06]
Xəbər verdiyimiz kimi, dünən səhər saat 08.00 radələrində ev və iş yerində axtarış aparılmaqla, saxlanılan və ana müxalifət partiyası CHP-nin üzvü olan Esenyurt rayon Bələdiyyəsinin sədri, professor Ahmet Özer barədə həbs qətimkan tədbiri seçilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Prokurorluğu onu PKK terorr təşkilatına gizli maliyyə və siyasi dəstək verməkdə ittiham edib.
Məlumata görə, həbs edilən Esenyurt Bələdiyyə sədrinin gizli əlaqə yaratdığı PKK mənsubları arasında axtarışda olan terrorşular da var: "Onun Şevket T. ilə gizli əlaqəsindən tutmuş, qardaşı oğlu Agit B.-nin 2015-ci ildə PKK/KCK adına kəndlərdə fəaliyyət göstərdiyi sırada təhlükəsizlik qüvvələrinə təslim olması ilə bağlı faktlar üzə çıxarılıb. Bundan əlavə, Özerin 2005-ci ildə “dövlətin birliyini və ərazi bütövlüyünü pozmaq” və 2014-cü ildə “terror təşkilatı təbliğatı aparmaq” ittihamı ilə haqqında cinayət işi açılmış Abdürrəhman D ilə də münasibət saxladığı aşkarlanıb. Onların 31 mart 2024-cü ildə keçirilən seçkilərdə Van Böyükşəhər Bələdiyyə Başçılığına namizədlik prosesində şəhərdə gərginlik çıxarılmasına gzli dəsətk verdikləri də artıq sirr deyil...".
Bildirilib ki, bütün bunlarla yanaşı, Özerin yaxın ətrafı və qohumlarından da PKK mənsubları ilə gizli əlaqə içində olmalarına dair faktlar var.
Bütün bunlarla yanaşı, Özerin bir çox PKK mənsubları ilə telefon danışıqlarının stenoqramları çıxarılıb: "O, həmçinin oktyabrın 5-də Esenyurt Bələdiyyəsinin təşkil etdiyi festivalda “PKK/KCK terror təşkilatının təbliğatı” ittihamı ilə məhkum olunan müğənni Rojda S-nin verdiyi konsert zamanı PKK lehinə şüarların səsləndirilməsinə də zəmin yaradıb. Həmçinin, Özerin 2016-cı ildə nəşr olunan və terror təşkilatının təbliğatı məqsədi ilə yazdığı kitabların yer aldığı “Dağ ağrısı” adlı kitabda İran sərhəddindəki dağ kəndlərində yaşayan üç dostun həyat hekayəsindən bəhs edir və personajın mübarizəsini tərifləyir. Kitabda "partizan komandiri" olaraq bəhs etdiyi Şervan, Türkiyə Silahlı Qüvvələrinə qarşı terror fəaliyyəti yürüdən müsbət şəxs obrazında təqdim olunub. Bu azmış kimi, Özerin bələdiyyədəki ofisində olan jurnalın 12-ci səhifəsində Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkirin Sur bölgəsində keçirdiyi əməliyyatlar zamanı qarşıdurmada öldürülən Hakan A.-nın cəsədinin atası tərəfindən qəbuledilmə görüntülərinə məqsədli yer verilib".
Firudin Səfərli
MİA.AZ
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”