Abşeron İcra Hakimiyyətinin bələdiyyə sədrinin atasına ayırdığı ərazi... - Cinayət işi başlayıb
28-10-2024 [13:46]
Xəzər rayonu, Türkan bələdiyyəsinin sədri Böyük Ağa Yarıyevin atası Xaləddin Yarıyev istintaqa cəlb olunub.
Musavat.com-a daxil olan məlumata görə Türkan qəsəbə sakini Xaləddin Yarıyevdən həmyerlisi Famil Yarıyev prokurorluq orqanlarına şikayət yazıb.
İlkin araşdırmalarla müəyyən olunub ki, Xaləddin Yarıyevin sahiblərindən olduğu Türkan qəsəbəsində yerləşən daş karxanasında yerin təkindən qanunsuz olaraq istifadə olunub, karxana ərazisindən kənarlaşma baş verib.
Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanıb.
Famil Yarıyev şikayətində yazıb ki, Xaləddin Yarıyev Abşeron İcra Hakimiyyəti tərəfindən icarəsinə verilmiş 15 hektar torpaq sahəsində dağ mədən aktı almadan, həmçinin özünə aid olmayan Dövlətə məxsus ətrafda yerləşən sahələrdə qanunsuz daş karxanası işlədir, dövlətə külli miqdarda ziyan vurur.
Şikayətində vurğulayıb ki, Xaləddin Yarıyev müxtəlif üsullarla özünü qorumağa çalışır, dövlətə vurduğu milyonlarla ölçülən ziyanın az bir hissəsini ödəməklə qanunsuz fəaliyyətini davam etdirmək niyyətindədir. Famil Yarıyev Xaləddin Yarıyevin cəzalandırılmasına göstəriş verilməsini də tələb edib.
Yada salaq ki, Xaləddin Yarıyev əvvəllər də oxşar qanunsuz fəaliyyətinə görə istintaqa cəlb olunaraq həbsə alınıb. Belə ki, 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları müəyyən olunub.
Toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.2.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Başlanmış cinayət işi üzrə ETSN-nin mütəxəssisləri cəlb edilməklə Baş İdarənin təcrübəli müstəntiq, əməliyyatçı və mütəxəssislərindən ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Abşeron rayonunda yerləşən “Güzdək”, Bakı şəhərinin Qaradağ rayonundakı “Güzdək, Gülbaxt, Qaradağ-II, Şahqaya və Karvansaray”, Xəzər rayonunda yerləşən “Türkan-I və Türkan-II” və Səbail rayonu ərazisindəki “Şahinbax” mişardaşı karxanası və əhəngdaşı yataqlarında fəaliyyət göstərən 48 sahibkarlıq subyekti ətraf mühitin qorunması sahəsində qanunvericiliyin tələblərini yerinə yetirməyib, apardıqları qeyri-qanuni istismar işləri nəticəsində ətraf mühitə ümumilikdə 4 milyon 845 min manat məbləğində ziyan vurublar.
İstintaq zamanı həmçinin, qeyd edilən 48 sahibkarlıq subyektindən 29-nun “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması”na dair müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyindən lisenziya almadan fəaliyyət göstərmələri müəyyən olunub. Aparılmış istintaqla qeyd edilən sahibkarların istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh müəyyən edilmiş şəxs kimi həmin qaydaları pozmalarının ağır nəticələrə səbəb olmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına, bununla da "Günəş" kooperativinin rəhbəri Yarıyev Xaləddin Böyükağa oğlunun 337 min manat, fiziki şəxslər Babaxanov Afərin Ağabala oğlunun 132 min manat, Almazov Oruc Mirəskər oğlunun 103 min manat, Qazaxov Laçın İsmayıl oğlunun 100 min manat, Əliyev Cəlal Bayandır oğlunun 74 min manat, Kazımov Elşən Hüseyn oğlunun 64 min manat və Qasımov Tapdıq Xanlar oğlunun 44 min manat miqdarında ətraf mühitə ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə "Günəş" kooperativinin rəhbəri Xaləddin Yarıyev, fiziki şəxslər Afərin Babaxanov, Oruc Almazov, Laçın Qazaxov Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2, Elşən Kazımov və Tapdıq Qasımov Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2, Cəlal Əliyev isə həmin məcəllənin 192.1 və 247-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı Xaləddin Yarıyev tərəfindən 337 min 321 manat ziyandan 109 min 400 manatı ödənilib.
2020-ci ilin fevralında Abşeron Rayon Məhkəməsi Xaləddin Yarıyevin 4 il 6 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi barədə hökm çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək Xaləddin Yarıyev barədə şərti məhkumetmənin ləğv edilməsini istəyib. Sumqayıt Apellyasiya Məhkəməsi protesti təmin etməyib və Xaləddin Yarıyev barədə şərti cəza qüvvədə saxlanılıb.
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...