Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb
25-10-2024 [17:36]
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb.
Mia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş "AVVA LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və baş direktoru Ramin Babayev Cinayət Məcəlləsinin 303.1-ci maddəsinin pozulmasında təqsirləndirilib və iş məhkəməyə göndərilib.
Məlum olub ki, Ramin Babayevlə bağlı cinayət işi şəriki Elçin Cavadov tərəfindən edilən şikayət əsasında açılıb.
Belə ki, Nizami rayonu, Q.Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən "AVVA" adlı mağazanın 1-ci mərtəbəsinin 65 kv.m olan qeyri-yaşayış sahəsində saxlanılan 631 ədəd qadın kastyumu geyim dəsti, 21 ədəd qadın vetrovkası, 211 ədəd qadın şalvarı, 25 ədəd qadın yubkası, 34 ədəd qadın köynəyi və 305 ədəd qadın koftası üzərinə həbs qoyulub. Bu, Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ilə baş verib.
Buna baxmayaraq, iş adamı sözügedən malları 23 may 2023-cü ildə icazəsiz olaraq "166" yük daşıma xidmətinin anbarına göndərib. Həmin malları anbardan hissə-hissə götürməklə, mağazada yenidən satışını həyata keçirib.
Malların üzərinə həbs qoyulmasına səbəb iş adamı ilə şəriki Elçin Cavadov arasında yaranan 140 min manatlıq qalmaqal olub. Ramin Babayev iddia edib ki, Elçinə güvəndiyi üçün onu təsis etdiyi şirkətə direktor vəzifəsinə təyin edib. Sözügedən mağazalar şəbəkələrini onun valideyinlərinin adına rəsmiləşdirib. Təxminən 2022-ci ilin dekabr ayının sonlarında şirkətdə apardığı daxili yoxlamalar zamanı məlum olub ki, mağazada təxminən 140.000 manata yaxın pul çatışmır. Bundan sonra onların münasibətləri pozulub.
Elçin isə iddia edib ki, onun işçisi olmasına baxmayaraq, Ramin sözügedən mağazanı icarəyə götürən zaman ticarətin qurulması üçün öz avtomobilini sataraq, 35.000 manat məbləğində pul verib. Həmçinin 2021-ci ilin iyun ayında "Tarqovı"da "AVVA" mağazası yandıqdan sonra Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən özünə məxsus olan iki otaqlı evini sataraq, Raminə 20.000 manat məbləğində pul verib. 140 min manat maliyyə çatışmamazlığına görə Ramin onunla işləmək istəmədiyini deyib. O isə mağazaya 50 min manatdan artıq xərclədiyi üçün pay sahibi olmasını tələb edib. Ramin onunla razılığa gələndən sonra, həmin yeri direktor olaraq öz adından subicarə müqaviləsi bağlayaraq, anası Şövkət Cavadovaya icarəyə verib.
Ramin isə icarə müqaviləsini ləğv edərək, pos-terminalları Elçinin anasının adından çıxararaq, həyat yoldaşının adına rəsmiləşdirib. Elçin bundan qəzəblənərək onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Neftçilər metrostansiyasının yaxınlığındakı "AVVA" adlı mağazanın birinci mərtəbəsində olan malların üzərinə həbs qoyulub. Buna baxmayaraq, iş adamı həmin malları oradan icazəsiz çıxardığı üçün barəsində cinayət işi açılıb.
O da məlum olub ki, "Sədərək" və "Binə" ticarət mərkəzlərindən mənşəyi bilinməyən müxtəlif növ qadın geyim malları alınaraq, həmin mağazanın birinci mərtəbəsində satılırmış.
Məhkəmənin qərarı ilə iş adamı Ramin Babayev Cinayət Məcəlləsinin 303.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1200 manat məbləğində cərimə edilib.
"AVVA" mağazalar şəbəkəsinin rəhbəri Ramin Babayev Qaynarinfo-ya açıqlamasında faktı təsdiqləyib. O deyib ki, artıq Elçin Cavadovla aralarında barışıq əldə olunub:
"Biz yenidən birlikdə çalışırıq. Elçin mənim işçim olub və aramızda belə anlaşılmazlıq yaranıb. İnşallah yenidən problemimiz olmaz".
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...