NAZİRLƏR KABİNETİNDƏ MÜŞAVİRƏ: Kəmaləddin Heydərov, Vilayət Eyvazov, Zaur Mikayılov, Saleh Məmmədov, Eldar Əzizov...
23-10-2024 [16:52]
Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların araşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilib. İclasda aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Ə.Əsədov yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğuladı, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirib.
Hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırılıb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və başqaları yağıntının yaratdığı fəsadlar, onların ilkin məlum olan səbəbləri və aradan qaldırılması ilə bağlı məruzələrlə çıxış ediblər.
Ən təxirəsalınmaz texniki məsələlərin həlli, bütövlükdə Bakı şəhərinin infrastrukturuna dair məsələlər müzakirə edildi, müvafiq tapşırıqlar verilib.
Baş nazir hava şəraitinin törətdiyi fəsadların nəticələrinin aradan qaldırılmasının sürətləndirilməsinə, səbəblərinin tam araşdırılaraq təhlil edilməsinə, gələcəkdə bu cür hadisələr zamanı mümkün fəsadların qarşısının alınması üçün qısamüddətli və uzunmüddətli tədbirlərin görülməsinə, müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi üçün təxirəsalınmaz addımların atılmasına dair tapşırıqlar verib.
Həyata keçiriləcək bütün tədbirlərin keyfiyyətlə və qısa zamanda başa çatdırılmasına aidiyyəti qurumların ciddi məsuliyyət daşıdığı diqqətə çatdırılıb.
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır