Çəkilişə hazırlaşan məşhur aktyor qəfil vəfat edib

img

23-10-2024 [15:55]


Sonuncu dəfə "Bir Yemin Ettim" serialında rol alan Tekin Temel bu gün qəfil vəfat edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 56 yaşlı aktyor yeni dəvət aldığı serialın çəkilişinə hazırlaşarkən qəfil infarkt keçirərək dünyasını dəyişib.

Bildirilib ki, onunla Ataşehir Refiye Soyak məscidində vida mərasimi keçiriləcək.

Məlumata görə, daha əvvəl də infarkt keçirmiş aktyorun ürəyinə stent qoyulubmuş. 

Tekin Temel 24 iyun 1968-ci ildə Manisanın Akhisar rayonunda anadan olub. O, 1996-cı ildə Dokuz Eylül Universiteti Gözəl Sənətlər Fakültəsinin Teatr Fakültəsini bitirib. 1995-ci ildən bəri "Çiçək Taksi", "Çocuklar Duymasın", "Hür Adam", "Aşk ve Sinah", "Acı Həyat", "Sevdaluk", "İntiqam", "Eşkıya Dünyaya Hükümdar Olmaz", "Afili Aşk", "İştirak Osman" və digər çoxsaylı flm və seriallarda yadda qalan roolar oynayıb.

Allah rəhmət eləsin!

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR