Ərdoğandan MHP liderinin Öcalanla bağlı çıxşına dəstək gəldi: "Uzadılan bu əl şəxsi hesablamalara qurban verilməməlidir"

img

22-10-2024 [16:19]


Türkiyə prezidenti Ərdoğan MHP lideri Dövlət Baxçalının bu gün PKK-nin ölkədə ömürlük həbsdə olan lideri Abdullah Öcalana xitabən "Təcrid aradan qaldırılarsa, gəlib Türkiyə Böyük Millət Məclisindəki DEM Partiyası sıralarından danışsın, terrorun bitdiyini elan eləsin..." sözlərinə tam dəstək verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Ərdoğan lideri oluğu AKP-nin deputat fraksiyası qarşısında etdiyi çıxışda söz açıb.

Ərdoğan qarşı tərəfin uzadılan bu əli sıxmalı olduğunu deyib: "Uzadılan bu əl şəxsi hesablaşmalara qurban verilməməlidir. Hər kəsin Türkiyənin gələcəyində terrora yer olmadığını başa düşməsini gözləyirik. Biz burada birlikdə terrorsuz Türkiyə qurmaq istəyirik. Bu ölkədə zatən terrora və ona ümid kimi baxanlara yer yoxdur".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR