"Yer Kürəsi Uşaqların Gözü ilə" Beynəlxalq Foto Müsabiqəsi başlayıb - Şərtlər
22-10-2024 [16:09]
Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il İqlim Dəyişikliyi Konfransına (COP29) həsr olunmuş “Yer Kürəsi Uşaqların Gözü ilə” Beynəlxalq Foto Müsabiqəsi elan edilib.
Mia.az-ın məlumatına görə, IDEA Kampaniyasının (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq), kampaniya prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilən müsabiqə dünyaca nüfuzlu fotoqraf, “Reza Visual Academy”-nin təsisçisi Reza Deqatinin təşəbbüsü ilə keçirilir.
11 oktyabr 2024-cü il tarixindən 31 oktyabr 2024-cü il tarixinədək dünyanın hər yerindən 18 yaşına qədər uşaq və yeniyetmələr təbiətin gözəllikləri, çirklənmə və iqlim dəyişikliyinin yaratdığı problemlər barədə fərqli baxışlarını bölüşməyə dəvət olunur. “Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” mövzusu altında keçirilən müsabiqə gəncləri ətraf mühitə sevgilərini və planetimizin gələcəyi ilə bağlı narahatlıqlarını əks etdirən cəlbedici fotoşəkillər çəkməyə təşviq edir.
Qalib gələn fotoşəkillər 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində noyabrın 11-dən Bakıda Heydər Əliyev Mərkəzində sərgilənəcək. Burada dünya liderləri, ətraf mühit müdafiəçiləri və ictimaiyyət gənc fotoqrafların verdiyi güclü mesajların şahidi olmaq üçün bir araya gələcəklər.
Müsabiqənin tarixçəsi
“Yer Kürəsi Uşaqların Gözü ilə” beynəlxalq foto müsabiqəsinin əvvəlki buraxılışı gənc fotoqrafların bədii istedadlarını və ətraf mühitə dair məlumatlılığını nümayiş etdirərək əhəmiyyətli qlobal diqqət topladı.
Tənqidçilər kritik ekoloji problemlərlə bağlı gənclərin səsini duyurduğu üçün müsabiqəni yüksək qiymətləndirdilər. Müsabiqə fotoqrafiyanın maarifləndirmə və sənətin unikal və effektiv bir formada birləşdirici rolunu göstərdi.
Qlobal Ətraf Mühitin Mühafizəsi Platforması
2024-cü il BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) sərgi ilə yekunlaşan müsabiqə gənclərin bədii istedadlarını nümayiş etdirəcək və ətraf mühitin mühafizəsi haqqında dünya miqyasında müzakirələrə təkan verəcək. Bu, gənclərə ətraf mühit üçün mövqe tutmaq və fotoqrafiyanın universal dili ilə dəyişikliklərə ilham vermək məqsədi daşıyır.
“Yer Kürəsi Uşaqların Gözü ilə” yalnız foto müsabiqəsi deyil – o, gələcək nəslin ətraf mühitə dair maarifləndirmə və təbliğatda yol göstərməsi üçün fəaliyyətə çağırışdır. Perspektivlərini bölüşməklə gənclər planetimizi qorumaq və dəyişiklikləri ruhlandırmaq haqqında qlobal dialoqa töhfə verəcəklər. Biz bütün gənc fotoqrafları iştirak etməyə, öz baxışlarını bölüşməyə və səslərini eşitdirməyə dəvət edirik.
İştirak etmək üçün: www.childreneyes.earth
Fotoqrafiyada təcrübə və bacarıq səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdən 18 yaşa qədər uşaq və yeniyetmələr müsabiqəyə dəvət olunurlar.
İştirak etmək üçün iştirakçılar mövzuya uyğun gələn 1-dən 20-dək fotoşəkil təqdim edə bilərlər. Şəkillərinin kontekstini və mövzu ilə əlaqəsini təsvir edən qısa izah təqdim etməlidirlər.
Təqdimatlar http://https://childreneyes.earth ünvanında olan müsabiqənin rəsmi internet səhifəsi vasitəsilə onlayn olaraq edilə bilər.
Əlavə məlumat və təlimatlar saytda mövcuddur.
Müraciət üçün son tarix 31 oktyabr 2024-cü ildir.
Münsiflik, Mükafatlar və Tanınma
Önəmli mükafatlar qazanmış fotoqraflardan ibarət bir münsiflər heyəti müraciətləri nəzərdən keçirəcək. Fotoşəkillər yaradıcılıq, mövzuya uyğunluq, düşüncə və emosiya oyatmaq bacarığı əsasında qiymətləndiriləcək. Qaliblər qlobal səviyyədə tanınma fürsətindən əlavə, sənət nailiyyətlərinə görə SRL kameralar qazanacaqlar.
Ətraflı məlumat üçün
Vebsayt: https://childreneyes.earth
Sosial media: Instagram: @childrenseyesonearth Facebook: @childrenseyesonearth
Əlaqə: photocontest@childreneyes.earth
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb