İllik 13-15 min manat təhsil haqqı, ailə üzvlərinin dərsliklərə salınan "sitatları"... - Hamlet İsaxanlının özəl məktəbində nələr baş verir?
21-10-2024 [19:45]
Tez-tez məktəblərdə baş verən neqativ hadisələrlə bağlı məlumatlar yayılır. Kimsə kimisə vurdu, şagirdləri incitdilər, nalayiq hərəkət etdilər, pul yığırlar və s. Əsas hədəf də dövlət məktəbləridir. Bir çox hallarda xəbərlər təsdiqini tapmır, yaxud yanlış olur. Çünki xəbəri yayarkən nə məktəbin, nə Elm və Təhsil Nazirliyinin rəyi öyrənilir.
Amma heç kim özəl məktəblərdə nələr baş verdiyi ilə maraqlanmır, baxmayaraq ki, yuxarıda sadaladığımız neqativ faktlar özəl məktəblərdə daha qabarıq və eybəcər formada mövcuddur.
Bunlardan birinin də Xəzər Universitetinin Dünya məktəbi olduğu iddia edilir.
Mia.az-ın məlumatına əsasən, bir qrup valideyn “Qafqazinfo”ya müraciət edərək bildirib ki, Hamlet İsaxanlının Dünya məktəbində təhsil haqqı illik 13-15 min AZN-dir. Qiymətlər ildən ilə dəyişir, kəskin artırılır, amma bu dəyişkliyi əsaslandırmağa cəhd belə göstərilmir. Valideynlər də uşaqlarını öyrəşdiyi kollektivdən ayırmamaq üçün artımı ödəmək məcburiyyətində qalırlar:
“Maraqlı məqamlardan biri dərsliklərlə bağlıdır. Dərsliklərin əvvəlinə mütləq qaydada Hamlet İsaxanlının, yaxud ailə üzvlərinin fikirləri, sitatları daxil olunur. Bunun niyə belə olduğu da izah edilmir. Valideynlərin sözlərinə görə, bu, sadəcə təvazökarlıqdan uzaq, qeyri-etik, yolverilməz haldır.
Uşaqlar dövlət, dövlətçilik anlayışından kənardırlar, milli hisslər, vətənpərvərlik ideyaları atavizm kimi dəyərləndirilir və şagirdlər bu anlayışlardan uzaq tutulur.
Məlumdur ki, özəl məktəblərdə şagirdlərə səhər yeməyi, nahar verilir. Valideynlərin iddiasına görə, yüksək ödənişlərə baxmayaraq, Dünya məktəbində yeməyin keyfiyyəti çox aşağıdır və bununla əlaqədar şagirdlərin səhhətində tez-tez problemlər yaranır”.
Valideynlər deyir ki, dəfələrlə uşaqlarına qarşı şiddət tətbiq olunub, onlar müəllimlər tərəfindən döyülüb, həm özləri, həm də valideynləri təhqir olunub. Məktəbin rəhbərliyinə şikayətlər heç bir nəticə vermir:
“Etik qaydaları nəzərə alaraq adını yazmaq istəmədiyimiz rus dili müəllimlərindən biri haqqında əksər valideynlər şikayətçidirlər. Amma buna baxmayaraq, rəhbərlik məsələyə biganə yanaşır. Hindistanəsilli digər müəllim isə fiziki zorakılığı tədrisin tərkib hissəsi hesab edir və onun uşaqları vurması adi haldır”.
“Məktəbdə ingilis dilində İB proqramı tətbiq olunub, amma nə onu tətbiq edənlər, nə də bu proqroqram üzrə çalışanlar onun nəyə lüzum olduğunu və necə işlədiyini az təsəvvür edirlər. Bəlkə ona görədir ki, ingilisdilli heyət çox aşağı səviyyədədir və bəzi müəllimlər bu dildə danışmağa belə çətinlik çəkirlər.
Qeyd edilir ki, məktəbdə Rusiyanın Kazan şəhərində 1980-ci illərin sonlarında gənclərin kriminal qruplaşmaları haqqında bəhs edən “Slovo patsana” filminin kultu hökm sürür. Bundan ruhlanan yuxarı sinif şagirdləri əsl qruplaşma yaradıblar və kimsəyə göz verib, işıq vermirlər. Bu günlərdə onların 8-ci sinifdə oxuyan qızı döydükləri və ona xəsarət yetirdikləri söylənilir. Məktəbdə bu “banda”nın xofu hökm sürür və kimsə bu biabırçılığın qarşısını almaq istəmir” - şikayətdə qeyd olunur.
Xoşagəlməz faktların daha çox olduğunu bildirən valideynlər, aidiyyəti dövlət qurumlarından həmin məktəbdə baş verənləri araşdırmağı xahiş edirlər.
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır