“Həyatın enişli-yoxuşlu yolları var" - Ziya Məmmədov
20-10-2024 [23:57]
"Rəhmətlik Tağı Əhmədovu çox yaxından tanıyan adamlardan biriyəm. Onun ailəsinə, yaxınlarına, qohum-əqrəbasına, sevənlərinə səmimi qəlbdən başsağlığı verirəm. Allah rəhmət eləsin".
Mia.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a sabiq nəqliyyat naziri Ziya Məmmədov Bakı Metropoliteni QSC-nin keçmiş rəisi T.Əhmədovla bağlı danışarkən deyib.
Ziya Məmmədov insanların fərd olaraq müxtəlif olduqlarını qeyd edib: “Tağı Əhmədovun çox gözəl qəlbi var idi. Müəyyən sözlərinə görə, kobud görünə bilərdi. Amma o da bəzi gərginliklər, stresslər, işi ilə bağlı hadisələrlə əlaqədar baş verirdi. Mümkündür ki, həmin ərəfələrdə müəyyən suallar, qıcıqlandırıcı yanaşmalar adamın əsəbinə toxunurdu. O anda da məlum olduğu kimi, jurnalistlərə sərt sözlər deyirdi (gülür). Amma doğrudan da onun yumşaq ürəyi var idi”.
Ziya Məmmədov Tağı Əhmədovla bağlı xatirələrini bölüşüb: “Bilirsiniz, Tağı Əhmədov musiqini çox sevərdi, əsasən də muğama bağlı adam idi. İncəsənətə, poeziyaya, musiqiyə, milli-mənəvi dəyərlərimizdən olan muğamata bağlı insan kobud ola bilməz. Ona görə də onun haqqında həm həmkar, həm eyni sahənin işçiləri kimi çox müsbət təəssüratım var. O baxımdan ona Allahdan yalnız rəhmət diləyirəm”.
Sabiq nazir deyib ki, Tağı Əhmədov olduqca yaxşı insan olub:
“Həyatın enişli-yoxuşlu yolları var. Ola bilsin, müəyyən anlarda nəyəsə əsəbiləşib, kobudluq edib. Hər bir insan əsəbiləşə bilir, gərginlik keçirir. Həmin an xoşməramlı suallar verilməyəndə insan istər-istəməz qıcıqlanır və kobudluq edə bilir. Allah bağışlayanı sevər. Tağı Əhmədov artıq dünyasını dəyişib. Onu da bağışlamaq lazımdır. Hesab edirəm, ondan incik olan da, onu sevən hər kəs də ona halallıq verməlidir. Mən də haqqımı halal edirəm. Bizim də münasibətlərimiz olub, bəzi hallarda gərgin münasibət yaşanıb. Amma nəticədə Tağı Əhmədovun gözəl ürəyə sahib olduğunu bilirəm. Bir daha Allahdan ona rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı verirəm”.
Mia.az
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat