Ukraynada yaşayan milli azlıqların hüquqları ilə bağlı tədbir keçirilib - FOTOLAR

img

19-10-2024 [23:29]


Ukrayna Ombudsman aparatının və "10 Aprel" ictimai təşkilatının birgə təşkilatçılığı ilə Odessada tədbir keçirilib.

Mia.az-ın məlumatına görə, Mixail Qruşevski adına kitabxanada baş tutan toplantıda Ukrayna ərazisində yaşayan milli azlıqların hüquqları, onların yerli cəmiyyətə uyğunlaşması, dil, din və s mövzularda uzlaşma məsələlərinə toxunulub.

Bundan başqa Rusiya federasiyasının imperialist siyasəti nəticəsində həm işgala, həm də təqiblərə məruz qalan Krım tatarlarının durumu haqqında müzakirələr olub.

Tədbirdə həmçinin müxtəlif xalqların dostluq şəraitində yaşadıqları Odessa vilayətindəki milli adətlərə həsr olunan 'Bessarabiya çölü" sənədli filmi nümayiş edilib.

Tədbirə Ukrayna Ali Radasının və Odessa vilayət şurasının təmsilçiləri, eləcə də müxtəlif xalqları təmsil edən diaspor təşkilatları da qatılıb.

"Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatını isə tədbirdə sədr səlahiyyətlərini icra edən Cəlil Astanov və media məsələləri üzrə sədr müavini Anar Natiqoğlu təmsil edib.

Fərid

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR