Xətai rayonunda təhlükəli vəziyyət: kollektorlar və magistral xəttlərin üzərində yüzə yaxın qanunsuz ev tikilib - "Sənədləri İH verib"
19-10-2024 [13:59]
"Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki diameri 1200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadrat metr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evi tikilib".
Mia.az xəbər verir ki, bu sözləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu Feysbuk-dakı səhifəsində yazıb.
Onun sözlərinə görə, ağır konstruksiyadan ibarət 2 mərtəbəli tikilinin inşası kollektorun boru və qurğularına texniki qulluğu qeyri-mümkün edir:
"Bununla yanaşı, tikilinin səbəb olduğu ağır yüklənmə kollektorun sıradan çıxmasına və qəzalı vəziyyətin yaranmasına yol açıb.
Hadisə oktyabrın 12-də baş verib. Məlumat daxil olduqdan sonra qəza-bərpa dəstələri dərhal əraziyə cəb edilib, fasiləsiz iş rejimində qəzanın-bərpa işlərinin icrasına başalanılıb. Ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır. Bu müddətdə fərdi yaşayış evi də təhlükəli vəziyyətə düşüb, hər an üça bilər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xisməti bu ərazidə belə hadisələrin baş verə biləcəyi ilə bağlı dəfələrlə həm tikili sahiblərini, həm də müvafiq qurumları məlumatlandırıb, səlahiyyəti çərçivəsində digər tədbirlər görüb.
Kollektorların üzərində yerləşən tikililərin inşasına 1998-ci ildə razılıq verilib. Qeyd edilən dövrdə kanalizasiya təsərrüfatı, kollektor sistemi müvafiq icra hakimiyyətinin balansında və istsimarında olub.
2004-cü ildə "Azərsu" ASC yardılarkən kanalizasiya təsərrüfatı mövcud problemli vəziyyətdə idarə olunması üçün qurumun balansına verilib.
İstismar prosesində texniki baxış keçirilərkən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistralların, boru kəmərləri və digər texniki qurğularin mühafizə zonalarında pozulma halları müəyyənləşdirilib.
Xətai rayonu ərazisində kollektorların, magistral xəttlərin üzərində yüzə yaxın ev tikilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil olunan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidəki acınacaqlı vəziyyət barədə müvafiq qurumları məlumatlandırıb.
Qısa araşdırmadan o da məlum olub ki, sakinlərin təqdim etdiyi torpaq sahəsi, sənədlər icra hakimiyyəti tərəfindən verilib və sənədləşdirilib. Belə qənaətə gəlmək olar ki, müvafiq icra hakimiyyəti orqanları ötən dövrlərdə magistral su və kanalizasiya xətlərinin üzərində evlərin tikintisinə icazə verib".
Samir MUSAYEV
MİA.AZ
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat