Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19-10-2024 [00:04]
Qoç - hadisələrlə zəngin gündür. Enerjili və aktiv davranmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və dəstək istəyir, diqqət və qayğı tələb edirlər.
Öz işlərinizi unudaraq başqalarının problemləri ilə məşğul olmayın. Bir qədər tənəffüs edin, dincəlin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə romantik "yellər" əsə bilər. Yeni tanışlıqlarda ehtiyatlı olun. İlkin təəssürata çox inanmayın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Buğa - maliyyə öhdəlikləri götürməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Çətin işlərə başlamaqdan çəkinməyin. Həmin işdə uğur qazanacaqsınız. Gərəkli nəticəni düşündüyünüz vaxtdan da tez, sürətlə əldə edə biləcəksiniz.
Rəğbət bəslədiyiniz insanla ünsiyyətdə səmimi və qayğıkeş olun.
Günün ikinci yarısında sayıq davranın. Faydalı biliklər və gərəkli məlumatlar əldə etmək şansından yararlanın.
Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Aktiv və enerjili olun. Yorğunluq hiss etməyəcəksiniz. Bütün günü çalışmalı olsanız da, ruhdan düşməyin. Gözlənilməz hədiyyələr və xoş sürprizlər olacaq.
Əkizlər - asan olmayan, amma maraqlı və yaddaqalan zamandır. Təşəxxüslü olmayın və etiraf edin ki, hələ bilmədiyiniz, öyrənməyiniz gərəkən çox nəsnə var. Sizə yaxşı məsləhət verəcək adam xoşlamadığınız şəxs də ola bilər. Fərdlərə yox, sözlərə və niyyətlərə fikir verin.
Günün ikinci yarısında münaqişəyə qatılmayın. Vəziyyət gərginləşəndə aranı zarafatla soyutmaq yaxşı ideya deyil.
Pulla ehtiyatlı olun, lazım olduğundn artıq xərcləməyin. Ehtiyac duymadığınız əşyalar almayın. Borc alıb borc verməyin.
Xərçəng - asan qələbələr və sürətli irəliləyişin olacağını düşünməyin. Məqsədinizə
nail ola bilərsiniz, amma ciddi səy göstərməlisiniz. Planda tutduğunuz tədbiri unutmayın. Önəmli şəxslərlə görüşdə məntiqli davranın.
Yola çıxsanız, ehtiyatlı olun, çünki xoşagəlməz hadisə riski artıb.
Günün ikinci yarısında maliyyə məsələlərində əlverişli vəziyyət müşahidə olunacaq. Sevdiyiniz insan işlərinizlə maraqlanacaq. Bir qədər romantik olun.
Şir - təxribatlara uymayın. Sizi təbdən çıxarmağa, sinirləndirməyə çalışacaqlar. Təmkinli olun, soyuqqanlı davranın. Sizdən öz maraqları üçün istifadə etməyə çalışan insanın hiyləgərliyinə aldanmayın. Yaşlı nəsil mənsubları ilə münasibətlər gərginləşəcək. Onlar fikirlərinizi anlamırlar, mövqeyinizi qəbul etmirlər.
Günün ikinci yarısında intriqa, hiyləgərlik, avantüraya qatılmayın. Səmimi və şəffaf olmağa çalışın. Axşam saatlarıda zahiri görünüşünüzün qüsursuz olması qarşı tərəfdə xoş təəssürat yaradacaq.
Qız - hadisələrlə zəngin, intensiv gündür. Müsbət təmayüllərin təsiri az deyil. Hədəfə çatmaq üçün alternativ yollar görünür. Çoxdan bəri maraqlandığınız insanda özünüzə rəğbət oyatmaq şanslarınız var. İmici yeniləyin. Orijinal, ekstravaqant vasitələrlə problemləri həll etmək olar.
Günün ikinci yarısında dövlət qurumlarından birinin mənsubu ilə danışıqlarda diqqətli olun. Maraqlı tanışlıq ola bilər. Hüquqlarınızın tapdanmasına imkan verməyin.
Tərəzi - qarışıq, laübəli gündür. Bədxahlardan birinin səbrlə hazırladığı məkrli planın, təcrübəli manipulyatorun fitnəsinin qurbanı olmayın. Ətrafınızdakı insanların məsləhətləri ilə müqayisədə öz məntiqinizə güvənin. Tələyə düşsəniz, qurtulmaq asan olmayacaq.
Etibar etdiyiniz və güvəndiyiniz insan günün ikinci yarısında qəribə davranacaq. Bir qədər diqqətli olsanız, onun əməlləri və sözlərinin əsl səbəblərini anlaya bilərsiniz.
Səhhətinizdə problemlər mümkündür. İzafi yorğunluğun fəsadları üzə çıxacaq. Adi günlərdən fərqli olaraq indi tez yorulduğunuzdan ağır işə başlamayın. Bəzi planları təxirə salın.
Əqrəb - düşərli zamandır və şəraitdən yararlanın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün inamla irəliləyin. Yeni nə isə öyrənmək, faydalı təcrübəni əxz etmək şanslarını dəyərləndirin. Müxtəlif mənbələrdən faydalı məlumatlar əldə edə bilərsiniz. Fəqət bu informasiyaların dürüstlüyünü yoxlamaq ən önəmli məsələdir.
Ehtiyatı əldən verməsəniz, rəqiblərlə bədxahları üstələyə bilərsiniz.
Günün ikinci yarısında çoxdan tanıdığınız, həmkar və ya dost saydığınız insanla münasibətlərdə yeni mərhələ başlanacaq.
Axşam saatlarına yaxın yaradıcılıq potensialı artacaq. Təxəyyüldən bəhrələnməyi unutmayın.
Oxatan - sakit, rəvan zamandır. Günün ilk yarısında məhsuldar çalışmaq olar. Əvvəllər başladığınız işləri başa vurun. Həftənin ilk günlərindən etibarən sizi narahat edən məsələnin çözülməsi üçün zaman limiti bitməkdədir. Dostlarla görüşün. Qüvvənizini bərpa edin, səhhətinizin qeydinə qalın.
Kulinar eksperimentlər uğurlu alınacaq.
Günün ikinci yarısında yaradıcı eksperimentlər aparmaq olar. Mənfi təmayüllərin təsirini emosional durumunuzda hiss edəcəksiniz. Qıcıqlanmayın, küsməyin, hirslənməyin. Sevdiyiniz insanla ünsiyyətdə səmimi və nikbin olun.
Oğlaq - çox mürəkkəb zamandır. Mühüm qərar qəbul etməli olacaqsınız. Belə qərara mənəvi baxımdan hazır olmasanız da, yaxın ətrafınızdakı insanların maddi rifahı və təhlükəsizliyinin təminatı üçün addım atmalısınız. Situasiya ağırlaşır. Nə qədər çalışsanız da, problemlərin sayı azalmayacaq.
Narahat olmayın. Çətinliklərin öhdəsindən gələcəksiniz.
Günün ikinci yarısında aktivliyi bir qədər azaldın. Səhhətinizin qeydinə qalın, idmanla məşğul olun. Daha pozitiv olun. Sevdiyiniz insanla danışa bilərsiniz.
Dolça - günün ilk yarısı uğurlu olsa da, ciddi iş və ya genişmiqyaslı layihə planlaşdırmayın. Sadəcə, hadisələrin axarı ilə hərəkət edin. Belə olarsa, qarşınıza qoyduğunuz məqsədlərə çatmaqla yanaşı, niyyətlərinizi gerçəkləşdirə bilərsiniz.
Yeni bilik və informasiyanın əldə olunması, dünyagörüşün genişləndirilməsi üçün münasib zamandır.
Günün ikinci yarısında danışıqlar apara bilərsiniz. Səfər istisna deyil. Yola düşərkən heç nəyi yaddan çıxarmayın.
Axşam saatlarında alış-verişə yollanmaq olar.
Balıqlar - günün ilk yarısında ciddi problemlər yaranarsa, təlaşa düşməyin. Mənfi təmayüllərin təsiri güclü olsa da, bu situasiya uzun çəkməyəcək. Bir sıra məqamların uğurlu təsadüfi qarşınıza qoyduğunuz məqsədlərə daha sürətlə və effektiv şəkildə çatmağa imkan verəcək. Əməkdaşlıq üçün yaxşı zamandır.
Günün ikinci yarısında birgə layihəyə qatılın. Uzun müddətdən bəri görüşmədiyiniz insanla görüşə bilərsiniz.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Enerjinizi pozitiv məcraya yönəldin. İmiclə eksperimentlər uğurludur. Zahiri görünüşünüzün qayğısına qalın.
Milli.Az
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat