Qəbələdə 42 yaşlı qadın azyaşlı övladı ilə birlikdə yoxa çıxıb

img

17-10-2024 [18:47]


Qəbələ rayon sakini, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, onun əlamətləri: boyu 160 sm, dolu bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qaradır.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti -Zəng Mərkəzinə, o cümlədən Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və (050) 633-50-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:19 17.10.2024

Sabah yağış yağacaq