Batan “Azərbaycan Dəmir Yolları” QSC və ya...
17-10-2024 [14:25]
Məşhur mahnıda deyildiyi kimi: “O qatarın dalınca baxma…”.
Günümüzün reallığında bu mümkün deyil, çünki “Azərbaycan Dəmir Yolları” QSC-nin, hətta birbaşa Rövşən Rüstəmovun “möhtəşəm fəaliyyəti” sərnişinləri qatarların arxasınca “baxmağa” məcbur etməkdən ibarətdir.
Elə bir həftə, yaxud ay olmasın ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatarların xarab olduğu, ya relsdən çıxdığı, ya yolda qaldığı, yaxud gecikdiyi və ya vaxtından tez çıxdığı xəbərləri yayılmasın. Yəni sözün gerçək mənasında qatarların “dalınca baxa-baxa” qalmışıq.
– Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı yolda qaldı.
– Ağstafadan Bakıya gələn qatar 2 saat gecikdi.
– Bakı-Pirşağı qatarı xarab oldu.
– Rusiyadan Azərbaycana inşaat materialları daşıyan qatar Siyəzən rayonunun Zarat stansiyasında relsdən çıxdı.
– Bakı-Gəncə qatarı xarab oldu, insanlar piyada gəlir.
Belə xəbərlər mediada saysız-hesabsızdır və demək olar ki, hər həftə, ən yaxşı halda hər ay belə məlumatlar yayılır. Halbuki, cəmi iki il öncəyə qədər belə xəbərlərə nadir hallarda rast gəlmək olardı, çünki qatarların fəaliyyətində nasazlıq nadir hallarda baş verirdi. Məhz 2022-ci ildən – Rövşən Rüstəmovun “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik etməyə başlamasından sonra neqativlər hər keçən gün daha da artmağa başladı. Rövşən Rüstəmov QSC-yə 2022-ci ilin oktyabrında rəhbər təyin olunub, 2023-cü ildən etibarən “Azərbaycan Dəmir Yolları” QSC haqqında yayılan xəbərlərin əksəriyyəti ya qatarların xarab olması, ya relsdən çıxması, ya gecikməsi, yaxud müxtəlif maxinasiyaların baş verməsi barədədir.
Sual yaranır: niyə belə acınacaqlı vəziyyət yaranıb?
Bu sualın yeganə cavabı məhz Rövşən Rüstəmovun yarıtmaz fəaliyyətidir. Halbuki, Azərbaycanın dəmir yolu infrastrukturu Cənubi Qafqazda yüksək keyfiyyəti və əlverişliliyi ilə seçilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə yenidən qurulan dəmir yolu infrastrukturumuz Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.
Təsadüfi deyil ki, Azərbaycan qlobal nəqliyyat şəbəkələrinin açar ölkəsidir və bu məsələdə dəmir yolu infrastrukturumuzun böyük rolu olub. Axı dəyişən heç nə yoxdur. Yol həmin yoldur, dövlətin “Azərbaycan Dəmir Yolları” QSC-yə dəstəyi, ümumiyyətlə, dərmir yolu daşımalarına diqqəti azalmayıb, əksinə daha da artıb. Yeganə dəyişən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədridir. Rövşən Rüstəmovun gəlişindən sonra Azərbaycanın dəmir yolları sahəsi ciddi geriləmə yaşayır, həm sərnişin, həm yük daşımalarında acınacaqlı vəziyyət davam edir.
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-yə olan inam da, etibar da sıfırlanır. Gecikən, yolda qalan, yaxud xarab olan qatarlardan bezən vətəndaşlar baha olsa belə avtomobil və təyyarə nəqliyyatına üstünlük verirlər. Yükdaşma sahəsində də analoji vəziyyət hökm sürür. Təsadüfi deyil ki, dəmir yolları ilə yükdaşınmanın payı hər il aşağı düşür.
Problem nə ölkənin dəmir yolu infrastrukturunda, nə qatarlarda, nə da bu sahənin peşəkar kadrlarındadır. Problem birbaşa Rövşən Rüstəmovdadır. Bu sahəyə yad olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri faktiki olaraq məsul olduğu sahəni idarə edə bilmir, zərəri də vətəndaşlarımız və dövlətimiz çəkir(Demokrat.az)
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat