Ədliyyə Nazirliyində növbəti təyinatlar olub

img

17-10-2024 [10:47]


Ədliyyə Nazirliyinin daha iki idarəsinə müavinlər təyin olunub.

Məlumata görə, İsmayılov Seymur Bəhram oğlu nazirliyin Notariat Qeydiyyat və Reyster Baş İdarəsinə, Məmmədov Vüsal Valeh oğlu Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini təyin edilib.

Bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Seymur İsmayılov bundan əvvəl Dövlət reyestrləri idarəsinin rəisi vəzifəsini icra edən, Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Notariat idarəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Vüsal Məmmədov isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza şöbəsinin rəisi vəzifəsini tutub(Qaynarinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq