ABŞ səfirliyi Damlanın vizasını ləğv edib - VİDEO
16-10-2024 [10:59]
ABŞ səfirliyi müğənni Damlanın vizasını ləğv edib.
Mia.az Olay-a istinadla xəbər verir ki, o, bu barədə ARB-nin “Günə bax” verilişində danışıb:
“Amerikada yaşayan həmyerlilərimiz biləndə ki oğlum orada universitetə qəbul olub, fikirləşiblər ki, mənim də vizam var və qərar alıblar ki, Novruz bayramı ərəfəsində konsert keçirsinlər. Yəni, mən həm oğlum İbrahimin yanına gəlim, həm də konsertlərdə çıxış edim. Dedim ki, hələ ki vizam yoxdur, amma yaxın günlərdə bununla bağlı səfirliyə müraciət edəcəyəm. Dedilər ki, çalışın bu məsələni tezləşdirin. Müraciət etdim və vizamı aldım. Amma prodüserimə söylədilər ki, siz 10-15 gün gözləməlisiniz, çünki qanun çərçivəsində araşdırmalar aparılır. Amma narahat olmayın, sizin də vizanız gələcək. Konserti təşkil edənlərə dedim ki, mən ora tək gəlib, konsert verə bilmərəm, bu, mümkünsüzdür. Mənimlə çalışanlar da viza almalıdırlar ki, biz bir yerdə gələk. Mənim uzaq yol fobiyam var. Tək heç yerə gedə bilmirəm. Onlar səbrsizlik etdilər və mənə deməmiş konsertin afişasını hazırladılar. Halbuki mən onlarla konsert verəcəyimi nə razılaşdırmışdım, nə də ki behini almışdım. Onlar isə israr edərək məndən xəbərsiz konsertin biletlərini satışa çıxardılar.
Prodüser Tarix Əliyev də bu işdən xəbərdar idi. Onun da vizasını ləvğ etmişdilər. Günlərin bir günü səfirlikdən zəng gəldi və məni oraya çağırdılar. Özüm-özümə fikirləşdim ki, əgər mən viza almışamsa, səfirliyə niyə yaxınlaşmalıyam? Artıq pasportumda vizamın möhürü vardı. Yaxınlaşan kimi səfirlik mənə konsertin afişalarını göstərdi və dedi ki, bəs siz deyirsiniz ki, mən oğlumu görməyə gedirəm, amma siz bizi aldadırsınız və oraya konsert verməyə gedirsiniz. Onlara dəfələrlə izah etdim ki, Amerikaya övladımı görməyə gedirəm. Oğlum İbrahim orada təhsil alır. Təsəvvür edin ki, necə olub ki, o afişalar nazirliyin mail adresinə göndərilib. Bunu kim və nə məqsədlə edib. Bunu edən axı nə qazanır? Bir ananın ahını... Övladım İbrahim orada 10 aydır ki, təhsil alır. Onunla videozəng vasitəsi ilə danışıram və hiss edirəm ki, o mənsiz çox darıxır və ağlamaq istəyir, amma özünü tutub saxlayır. Mən özüm hər dəfə onunla danışanda hisslərimi cilovluyuram ki, görməsin ki, onun üçün o qədər darıxıram. Deyim ki, Amerikaya gedib orada yaşayacağam – ola bilməz. Mən Bakısız yaşaya bilmərəm. Mənim anam burada, işlərim, sənətim və sayra.
Oğlum İbrahim təhsilini bitirəndən sonra da ölkəyə qayıdacaq və burada çalışacaq. İstəyirəm ki, ölkəmizə yararlı bir vətəndaş olsun. O akademik səviyyədə ingilis dilində bilir. O siyasi əlaqələr fakültəsində təhsil alır. Mən əslində fəxr edərəm ki, diplomla qayıtsın və ölkəmizə xeyri dəysin. Ondan sonra mən bir dəfə də səfirliyə müraciət etdim. Yenə imtina gəldi. Səfir xanımla üz-üzə dayanmışıq. Mənə etinasız və soyuq davranış göstərdi, sanki mən Amerikaya gəzməyə, turist kimi gedirəm. Sənədə baxanda dondum qaldım, izah edə bilmədim ki, mən oğlum üçün daxıram və qanunla da oraya getməyə hüququm var. Kiminsə göndərdiyi afişa kağızına görə siz necə mənim vizamı ləvğ edib imkan vermirsiniz ki, övladımın yanına gedim? Mənə dedi ki, əgər övladınız üçün darıxırsınızsa, ona deyin ki, özü gəlsin sizin yanınıza. Dedim ki, o, tələbədir, universitetdə oxuyur, necə gəlsin? Söylədi ki, tətilə gəlsin”.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb