Netanyahu ilə müdafiə naziri İrana hücumla bağlı razılığa gəlib: "Bu hücum qəfil və ölümcül olacaq"

img

15-10-2024 [21:31]


Baş nazir Netanyahu ilə müdafiə naziri Gallant İrana hücumla bağlı razılığa gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Baş nazir Binyamin Netanyahu müdafiə naziri Yoav Gallant və digər nazirlərlə toplantı keçirib.

İsrail mediası yazır ki, iclasda İrana hücumla bağlı məsələ müzakirə edilib və ilk dəfə Baş nazirlə müdafiə naziri ortaq mövqedən çıxış ediblər: "Netanyahu və Gallant İrana hücumun planı və vaxtı barədə razılığa gəliblər. Bu plan yaxın günlərdə Müdafiə Şurasına təqdim ediləcək".

Müdafiə naziri bu barədə İsrail mediasına açıqlamasına detallı danışmaqdan imtina edib. O, yalnız onu deyib ki, İrana tezliklə cavab veriləcək: "Bu hücum qəfil və ölümcül olacaq".

Fürudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:04 08.11.2024

Bu gün Zəfər Günüdür