Keçmiş rəislərə hökm oxundu - SİYAHI
15-10-2024 [15:43]
Külli miqdarda rüşvət almaqda təqsirləndirilən 19 nəfər yüksəkvəzifəli şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Təqsirləndirilən İldırım Məmmədov 8 il 6 ay, Nazim Səfərov 8 il 4 ay azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən şəxslər isə 1 il müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzasına məhkum edilib.
Eyni zamanda, Nicat Abbasov, Ehtiram Eyvazov, Mircəlal Xurşudzadə, Ruslan Əliyev 3il 6 ay, Mübariz Paşayev, Elsevər Paşayev, Baği Məsimov 3 il 4 ay, Amil Aslanov və Etibar Eyvazov 3 il 3 ay, Pərviz Ələkbərov, Aydın Cəfərov, Səlim Süleymanov 3 il 2 ay müddətdə başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib.
Bununla yanaşı, təqsirləndirilən Asif Yusifov 2 il 4 ay, Şıxəli Abbasov və Məhi Həsənov 2 il 2 ay müddətində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilsə də, onlar həbsdə olduqları üçün cəza ödənmiş sayılıb.
Təqdirləndirilən Famil Məmmədov və Əsəd Nəsirov vəfat etdiyi üçün onların cinayət işinə xitam verilib.
Qeyd edilən iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov, Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov, Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib(APA)
Qurban Qurbanov: "Nəriman Axundzadənin oyunundan razı qalmadım"
Qurban Qurbanovdan rəqib komandanın baş məşqçisinin qeyri-etik davranışına - Reaksiya
"Ayaks"ın baş məşqçisi: "Sıfır xaldan çıxmaq çox çətin idi"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ÇL: Stadionda 1000-dən yuxarı "Ayaks"azarkeşi var - VİDEO
İslandiya "Avroviziya"nı boykot edir - Səbəb
CHP-nin keçmiş təşkilat sədri sərbəst buraxıldı - (Yenilənib)
Prezident İlham Əliyev Donald Trampa məktub göndərib: "Münaqişələrin həllinə davamlı sadiqliyiniz..."
Qəzza yenə bombalanıb - Yaralılar var
Prezident daha bir 4 illik planı təsdiqlədi - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman + DETALLAR
"Yüksəliş" müsabiqəsi keçiriləcək - Sərəncam
REKTOR VƏZİFƏDƏN ÇIXARILDI, YENİ TƏYİNAT OLDU - Sərəncam
Sabah Binəqədi və Sabunçuda qaz olmayacaq
"Sumqayıta belə dayanacaq yaraşarmı, ayıb deyil?!" - Dərə sakinləri şikayətlənir, İH "düzələcək2 deyir + FOTOLAR (Yenilənib)
İqtisadi Şura ilə İnvestisiya Holdinqin Müşahidə Şuraları birgə iclas keçirib - Nələr müzakirə olunub?
Əli Əsədov bu qurumlarla bağlı qərar imzalayıb - Siyahı
Domen idarəçiliyi ilə bağlı Yol Xəritəsi hazırlanacaq
Diplomatik xidmət əməkdaşlarının attestasiyası - Qayda təsdiqləndi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb
SOCAR-la "MVM ONEnergy" arasında yeni saziş imzalandı - Qazla bağlı
Bakıda əyləncə məkanı cərimələnib
Əli Kərimli barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib
"Hıdır Baba"nın anası vəfat edib - 93 yaşında
Vəzifəli şəxslərin əmlaklarına həbs qoyulub - Siyahı
Türkiyədə kimyəvi zavodda partlayış oldu - FOTOLAR
Ərdoğan Türkmənistana gedir - Tarix açıqlandı
Elçin Əmirbəyov Brüsseldə - Açıqlamalar
"Hələ onun saçına jele vuran vaxtlarıdır" - Hüquqşünas icra başçısına belə replika atdı
Keçmiş hakimə Konstitusiya Məhkəməsində vəzifə verilib
Super Liqanın 8 komandası cəzalandırılacaq - SİYAHI
Rəsmi Moskva: "Biz Ukraynada atəşkəs yox, sülh üçün çalışırıq"
DTX-dən xaricdə yeni əməliyyat: ağır cinayətlər törətmiş şəxslər saxlanılıb - VİDEO
Billurə Aslanqızıyə AzTV-də vəzifə verildi
İsrail Qəzzanın cənubuna və şimalına zərbə endirib
Avropa çempionatı: millimizin rəqibləri bəlli oldu
Ümummilli liderin xatirəsi Buxarest şəhərində yad edilib - FOTOLAR
Qaralov, Usubov və Sultanov bir arada - FOTOLAR
AFFA "Neftçi"ni cərimələyib
Yağışlı hava davam edəcək - Sabahın hava proqnozu