Məmmədli kəndi: qədim yurdun yeni problemləri - FOTOLAR
14-10-2024 [21:59]
Əzizə Hakverdi
***
Bəzi yerlər vardır, xoşbəxt hiss etdiyin, bəzi yerlər vardır keçmişin, bu günün, bəlkə də gələcəyin ...
Uşaqlığımın ən gözəl xatirələrini bəzəyən bir kənd. Yazarkən, küçələrində necə qaçdığımı, necə yıxıldığımı, necə güldüyümü, ya da necə ağladığımı xatırlayıram. Bəli, bu gün böyümüşəm və mənə çox şey qatmış bu kənd haqqında yazıram, amma sadəcə tarixini, inkişafını, dəyərlərini yazmıram, həm də çətinliklərini, illərdir görməzlikdən gələn problemlərini də yazmaq istəyirəm.
Abşeron rayon Məmmədli kəndi – keçmişdən bu günə
Qədim tarixi olan Məmmədli kəndinin ərazisində insanların yaşayış izləri eramızdan əvvəlki dövrlərə aiddir. Burada məskunlaşan əhali əkinçilik, heyvandarlıq və sənətkarlıqla məşğul olub. Kəndin ətrafı geniş çəmənlik və əkinçilik, heyvandarlıq üçün əlverişli mövqedə yerləşib. Məmmədli kəndinin ərazisində qədim qəbirlər, kiçik bir məbədin qalıqları və digər bir çox arxeoloji obyektlər tapılmışdır.
Bu tapıntılar kəndin keçmiş mədəni və dini həyatını işıqlandırır. Bu gün inkişaf etməkdə olan Məmmədli kəndi əhali sayının və yaşayış məskənlərinin artması ilə yeni salınmış şəhərcik kimi fəaliyyət göstərir. Buradakı tarixi izlər isə kəndin zamanla necə dəyişdiyini və inkişaf etdiyini göstərir. Hazırda rəsmi olaraq 2758 nəfərin yaşadığı bu kənddə əhalinin sayı artmaqda davam edir.
ODLAR YURDUNUN SÖNMƏYƏN OCAĞI
Yalnız Azərbaycanın deyil,eyni zamanda dünyanın bir çox ölkələrindən insanların marağını cəlb edən “Yanardağ” da burada yerləşir. Bu yer təbii qazın yanması nəticəsində alovlanan dağdır. Eyni zamanda, Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu olan Yanardağın alovları, atəşpərəstlərin ziyarətgaha çevirdiyi yerlərdən biri olmuşdur.
Yanardağ Azərbaycanın təbii irsinin bir hissəsi olaraq, əhalinin mədəniyyət və turizimində əhəmiyyətli rol oynayır. Yağmurun, küləyin söndürə bilmədiyi bu alov Məmmədli kəndinin ən böyük mədəniyyət mənbəyidir. İllərdir durmadan yanan bu dağın susqun çağırışları sanki köhnə əfsanələri pıçıldayır . Bəlkə də məhz bu səbəbdən turistlərin və yerli əhalinin sevimlisinə çevrilir.
Kəndin problemləri: əhalinin səsi
Qeyd etdiyim kimi uşaqlığımdan burada yaşayıram, bəlkə o zamanlar problemin nə olduğunu hələ çox yaxşı başa düşmürdüm. İndisə 10 dəqiqədən bir gəlməli olan ictimai nəqliyyatı qışın soyuğunda saatlarla gözləmək, gəldikdə isə dopdolu olması, böyüklərin işə, tələbə və şagirdlərin dərsə gecikməsini gördükdə isə kədərlənməyə bilmirsən. Düzünü desəm, düzəlməyini səbirsizliklə gözlədiyimiz bu problem hələ də həll yolunu tapmayıb, tapması da yaxın aylarda çətin ki, mümkün olar.
Təəssüf ki, kəndin problemi bununla da bitmir. Ddaxili yolların vəziyyəti, işıq naqillərinin yaratdığı təhlükələr, günlərlə kəsili olan su...
O qədər belə problemlər var ki...
Elektrik xətləri, paylayıcılar köhnədir, bəlkə də istismar müddətlərini də bitirib. Bəzən saatlarla evlərə işıq verilmir. Bu isə sadəcə müvəqqəti qaranlıq deyil, bu, insanların gündəlik yaşamlarına, sosial həyatlarına birbaşa mənfi təsir edir. Bu, digər kommunal xidmətlərə də aiddir.
Kəndin daxili yollarından isə danışmağa dəyməz. Yazıya əlavə elədiyim şəkillər bu problemin çox kiçik bir hissəsini əks etdirr. Əslində, kəndin dərinliklərində yollar daha bərbaddır. Yolların təmirə ehtiyacı olduğu açıqdır. İndi Məmmədli kəndinin gözləntisi bu problemlərin ən qısa zamanda həll olunmasıdır...
MİA.AZ
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR