Qalib ölkənin üzü qara yığması... - Anar Cəfərsoy yazır
14-10-2024 [13:59]
Qalib ölkənin üzü qara yığması.
UEFA Millətlər Liqasında üç oyunun hamısında məğlub olan, 0-la Avropanın ən bərbad seçmə komandaları arasında yer alan Azərbaycanın milli komandası.
Futbolçularının əksəriyyətində vətənpərvərlik, döyüşkənlik, milli ruhun olmadığı milli komanda. Əslində belə oyunçuları olan kollektivə milli komanda deməyə də dilimiz gəlmir. İllərdir Vətəndə yaşayan, ən yaxşı nemətlərdən faydalanan, milyonlar qazanan milli komandanın formasını geyənlər var ki, ana dilimizi, himnimizi hələ də bilmirlər, öyrənmək də istəmirlər. Belələri qardaş Türkiyədə olsaydı, daşa basılardı.
Bu gün milliyə bir qəpiklik futbol oynamayanlar, sifarişlə çağrılanlar hələ də var: Coşqun Diniyev, Aleksey İsayev kimiləri.
Azərbaycanın qəhrəman oğulları Vətən uğrunda ermənilərə qarşı döyüşdə can qoyanda İsayev fəxrlə erməni dostuyla şəkil paylaşırdı.
Ramil Şeydayevin, Mahir Emrelinin, Renat Dadaşovun, Bədavinin, Rahilin səhvləri "n" qədərdir. Qismət Alıyevlə Ceyhun Nuriyev milli komandalıq oyunçu deyil. Qolkiper Mehdi sanki hərdən "yuxu"lu olur.
Yığma komandada qəsdən oynamayanların da olduğu hiss olunur.
Milliyə Elvin Cəfərquliyev kimi can yandıran futbolçular lazımdır.
Milliinin baş məşqçisi Fernandu Santuş "Neftçi"nin keçmiş baş məşqçisi Roman Qriqorçukun yolunu gedərək, Emin Mahmudov kimi təcrübəli futbolçunu sıxışdırır, kapitanlıq sarğısını da əlindən aldı, adını da qoyub ki, tapşırıqları yerinə yetirə bilmir.
Qrupun ən zəifi estonlara məğlubiyyətin ardından qəzəblənən bir qrup azarkeş millinin oyununu boykot etdi, fanatlardan AFFA rəhbərliyinə ölüm arzulayanlar, istefa, yığma komandanın ləğv olunmasını tələb edənlər də oldu.
Azərbaycanın imicinə zərbə vuranlar utansınlar.
Bu günlərdə Azərbaycanın futbol yığmasının baş məşqçisi Fernando Santosun 70 ili tamam oldu. Yığmamızın rəhbəri 1 il də qocaldı. Elə futbolumuz da qocalığa doğru addımlayır. Bivec övladlar kimi bizim qoca futbolçular da Portuqaliyadan olan mütəxəssisi sevindirə bilmədilər. Halbuki buna görə pul xərcləmək də lazım deyildi.Sadəcə, estonların qapısından toplar keçirməli idilər. Bunu da Avropa çempionu Santuşa qıymadılar, ona yubiley "hədiyyə"sini belə verdilər. İndi Santos papağını qabağına qoyub ciddi fikirləşməlidir, belə övladlarla davam, yoxsa tamam. Düzdür, Santuşun fərasətli, cavan nəvələri və nəticələri də yoxdur. U-21, U-19 və digər yığma komandalarımızın nəticələri qocalığın əlamətlərindən xəbər verir. Vaxtından əvvəl qocalıblar. Çünki ana südü içməyiblər, dayələri yaxşı qulluq eləməyib. Artıq vaxtı gəlib. Santuş məsuliyyəti üzərinə götürüb köklü dəyişiklik etməlidir.
Ortada sual yaranır. Necə? Çünki Elxan Məmmədov Azərbaycan futbolunu öz şəxsi biznesi kimi idarə edib, dostlarına, qohumlarına karyera yaradanda, futbolumuzun təməlini fikirləşməyib. Qurban Qurbanov, Tərlan Əhmədov, Rəşad Sadıqov, Samir Abbasov, Ayxan Abbasov kimi məşqçilərə etimad göstərilməyib. Xaricdən gətirilən məşqçilər külli miqdarda pul mənimsəyib gediblər. İndi də Santuş. Niyə Tərlan Əhmədov olmasın? Hal-hazırda təcrübəli məşqçilərimizdən yalnız o, işsizdir. Tərlan Əhmədov futbolçu kimi Avropa çempionudur, məşqçi kimi də nəticələri göz qabağındadır. Qurban Qurbanovun nəticələri ondan sonra gələn yadellilərin nəticələrindən çox yaxşı oldu. Qurbanovla Əhmədova qarşı niyə hörmətsizlik edilir?
Santuş məğlubiyyətlərdə AFFA rəhbərliyinin, özünün və futbolçuların günahkar olduğunu etiraf etdi.
Azərbaycan futbolunun qurtuluşu AFFA-da oturan Elxan Məmmədovun adamlarının təmizlənməsindən sonra mümkündür. Bütün komitələrdən, başda məşqçilər komitəsi olmaqla yarışların keçirilmə departamenti, lisenziya departamenti, hakimlər komitəsindən E.Məmmədovun adamları kənarlaşdırılmalı və həmin yerlərə futbolumuzu düşünən təmiz mütəxəssislər gətirilməlidir.
Sözardı olaraq bildirək ki, hələ də hakim-inspektor Şahin Cəfərov təyinatlardan kənar saxlanılır. Niyə AFFA rəhbərliyi? Oğurluğu aşkar etdiyi üçün?
Onu da bildirək ki, Şahin Cəfərov ölkə kubokunun sahibidir, futbolçu olub. Elxan Məmmədovun rəhbərliyi dövründə Hakimlər Komitəsində Elçin Məmmədovun əliylə hakimlərə artıq qonorar yazaraq onlardan pul toplamaq kimin göstərişi idi? Belə anlama gəlinir ki, Hakimlər Komitəsində yer alanlar ancaq əyri yollarla varlanmaq istəyirlər. Elxan Məmmədovun adamları bundan artığına qadir deyil. Demək ki, hakimlərin də təməli düzgün deyil və oyunlarda baş verən səhvlər buradan qaynaqlanır. Dediyim kimi AFFA-dakı bütün komitə və depatamentlərdən Elxan Məmmədovun adamları qovulmalıdır. Yeni AFFA rəhbərliyi, bunu edə biləcəksiniz, yoxsa Elxan Məmmədovun FİFA-dan gələn tapşırıqlarını yerinə yetirərək artıq qocalan futbolumuza qəbir qazmağa başlayacaqsınız?
AFFA-nın indiki rəhbərliyi, siz də köhnələr kimi milyardları havaya sovurmayın.
Azərbaycan futbolunun çarəsinin, dava-dərmanının, dəqiq diaqnoz qoyan birinin tapılmasına ümid bəsləyəkmi?
Anar Cəfərsoy,
Supersport.az
Bələdiyyə seçkiləri: təşviqat materialları üçün yerlər nə vaxt müəyyənləşdiriləcək?
Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışdı - Qəza ilə bağlı birgə istintaqın gedişi müzakirə olunub
Müdafiə Nazirliyi: "Son bir həftədə 62 terrorçu zərərsizləşdirilib"
İnnovasiya və Təchizat Mərkəzində daha bir maraqlı tender: 7.8 milyonluq tender kimə verildi?
Hakimi təhqir edən futbolçular cəzalandırılıb
Sabahın hava proqnozu açıqlandı
Elm və Təhsil Nazirliyində daha bir şübhəli tender: 3.8 milyonluq təmir işləri harada aparılacaq?
Bağdada təyyarə reysi təxirə salınıb - Türkiyədən
Avstraliyada 66 min kektar meşə yanıb - 8 gündür davam edən yanğını söndürmək mümkün olmayıb
Özbəkistanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Kerem Aktürkoğlu nişanlanıb - FOTOLAR
Murat Nurtleu Ceyhun Bayramova zəng edib - Nələr müzakirə olunub?
Xəzər dənizində yenə zəlzələ olub
Mərkəzi Bank iki sığorta agentinin lisenziyasını ləğv edib
"Yaponiya Hava Yolları"na kiberhücum: uçuşlar təxirə salınıb
Sağ qalan bələdçi Aydanın xəstəxanadan görüntüləri - VİDEO
Terim Səudiyyə Ərəbistanı komandasının başına keçir? - "Yaxın günlərdə müqavilə imzalanacaq"
Qəzzada TV maşınına atəş açılıb - 5 jurnalist həlak olub
24 partiya birgə bəyanat yaydı - MƏTN/SİYAHI
Azərbaycan Evində xatirə guşəsi yaradılıb - Salzburgda (FOTOLAR)
Təyyarə qəzası: ölənlərdən ikisi qusarlı bacı-qardaşdır
Təranə Səmədova şikayətini geri götürdü
Trampdan şok iddia: "Çin əsgərləri Panama kanalına yerləşib" - ABŞ lideri Kanadanı da ölkənin 51-ci ştatı sayır
Tulkerimdə gərginlik böyüyür - 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Suriyada yeni rejimə qarşı 4 şəhərdə üsyan: xristian vəşiə icmaları ayağa qalxıb - 14 polisə pusqu qurulub, ordu hərəkətə keçdi
Xəzər dənizində ard-arda zəlzələ olub (Yenilənib)
İdman jurnalistləri həm yarışdı, həm qazandı - FOTOLAR
İsrail ordusu İordan çayının qərb sahilində növbəti əməliyyat keçirib - Saxlanılanlar var
İsrail ordusu Qəzzanı yenə bombalayıb - Daha 3 nəfər ölüb
Hakan Fidan BƏƏ-nin xarici işlər naziri ilə müzakirə aparıb
Şair Sərvaz Hüseynoğlunun atası vəfat edib
"Qalatasaray" gürcü hücumçuya 17 milyon avro təklif edib - 24 yaşlı qolçu "hə" deyəcəkmi? (FOTO)
Ərdoğan İlham Əliyevə başsağlığı verdi: "... hadisəni böyük kədər hissi ilə öyrəndim"
BU GÜN AZƏRBAYCANDA MATƏMDİR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BAKIDAN UÇAN TƏYYARƏ AKTAUDA QƏZAYA DÜŞÜB: ağır yaralı və ölənlər var - "Qara qutu" tapılıb (VİDEO, Yenilənib)
Təyyarədən sağ çıxan zaqatalalı qız: "Narahat olma, ana" - VİDEO
Nazirlik: "Bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb"
Kobaxidze İlham Əliyevə başsağlığı verib
Baş Prokurorluq qəza ilə bağlı növbəti açıqlama yayıb
Dövlət Komissiyası təyyarə qəzasıyla bağlı toplandı: yeni tapşırıqlar verildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
Azər Zahid və Tiktokerlər haqda həbs qərarı verildi - Bu cinayətlərdə ittiham olunur (YENİLƏNİB)
"Azərbaycan Hava Yolları" Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırıb
Ərdoğandan minimum əmək haqqına ilk reaksiya: "Xeyirli olsun"