Sənətçilər şikayət elədi, nazirlik araşdırmaya başladı - Qalmaqal
11-10-2024 [14:39]
Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva ilə sənətçilər arasında qalmaqala görə araşdırma başlayıb.
Bir müddət öncə tanınmış sənətçilər Mədəniyyət Nazirliyində tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı şikayətlərini dilə gətiriblər.
Belə ki, sıralarında müğənni Nura Surinin, xanəndələr Pərviz Qasımov, Almaxanım Əhmədli, şair Vüqar Əhməd, kamança ifaçısı Şəhriyar Musayev kimi simaların olduğu məşhurlar şikayətçi olub. Sənətçilərin sözlərinə görə, M. Nurəliyeva onlara qarşı haqsızlıqlar edib, onları təşkil olunan tədbirlərə dəvət etməyib. Hətta bəzi ittihamlarda rüşvətxorluq iddiası da yer alıb.
İfaçılar OLAY-a müraciət edərək şikayətlərinin nəzarətə götürüldüyünü bildiriblər.
Müğənni Nura Suri bildirib ki, şikayətçilərdən izahat alınıb: “Mədəniyyət Nazirliyindən statuslarımızdan sonra bizi dəvət etdilər, fikirlərimizi, izahatımızı aldılar. Bilirsiniz ki, bir çox tanınmış musiqiçi, xanəndə şikayət etmişdi. Araşdırma apardıqlarını bildirdilər. Sadəcə, hazırda nə yerdə olduğunu bilmirəm, yəqin ki, araşdırma davam edir”.
Müğənni Almaxanım Əhmədli isə araşdırmanın davam etdiyini söyləyib: “Araşdırma gedir. Ümidimiz nazirliyədir. Bütün şikayət ərizələri toplanıb. Onlarla şikayətçi var. Ümidvarıq ki, haqq yolunu tapacaq, bu məsələ tezliklə düzələcək. Nazirlik də daxil olmaqla, lazımi yerlərə ərizələrimizi göndərmişik. Kimlər ki açıqlama verib, hamısının ərizəsi var. Bu qədər haqsızlıq qarşısında Mənzər xanım haqda bir tədbir görülməlidir, araşdırma aparılmalıdır”.
Xanəndə Pərviz Qasımov isə cavab gözlədiklərini deyib: “Hələ ki məlumat yoxdur, cavab gözləyirik, görək nə olacaq. Açıqlama verənlərdən bəziləri qorxularından şikayət etmədi, bəziləri boş buraxdı. Sadəcə, iki-üç nəfər ürəkli oldu. Hər kəs fikirləşir, ümid edir ki, nə vaxtsa tədbirə çağıracaqlar. Mən onun işdən azad olunmasının tərəfdarı deyiləm, çörəyini qazanır. Sadəcə, mənə etdiyi haqsızlıqların cavabını almaq istəyirəm. Hansı səbəbə görə və niyə? Bu qədər müsabiqə qalibi olmuşam ki, evdə oturub diplomlarıma baxım? İnşallah, haqq-ədalət öz yerini tapar”.
Almaxanım Əhmədlinin atası şair Vüqar Əhməd “Yeni Müsavat”a açıqlamasında deyib: “Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsi valideyn kimi məni, Almaxanımı və 20-yə yaxın şəxsi çağırıb, şikayətlərini dinləyib. Mən inanıram ki, bu məsələyə obyektiv baxılacaq. Ölkə sahibsiz deyil. Mədəniyyət naziri Adil Kərimli çox ziyalı, alicənab insandır. Bu günə qədər mədəniyyət nazirləri arasında bir ondan, bir də Polad Bülbüloğlundan razı olmuşam. Amma hesab edirəm ki, nazirin belə Mənzər xanıma gücü çatmır. Çünki onun arxası çox güclüdür. Özünü Brejnev kimi aparır, hamı ondan qorxur. Bir ildir ki, onun əməlləri barədə məlumat verirəm, heç bir nəticə yoxdur. Onun ləqəbi var - "3", "5"... "3" - respublika tədbirləri, “5" - xarici qastrollar.
Onun hikkəsi ilə Özbəkistanda Almaxanım üçün hoteldə yer verilməyib, məşqə getmək üçün maşın ayrılmayıb. Təsəvvür edin, əgər orada tanış adam olmasa idi mənim qızım gecə küçədə qalmalı idi?
Zalda ölkə rəhbərliyi əyləşib, Mənzər xanım isə səhnə arxasında “yeməyinizi vaxtında yeyin” deyib xalq artistlərinin üstünə qışqırır, onları təhqir edir. Hamısı da başını aşağı salıb, qorxularından bir kəlmə də deməyiblər. Belə bir xəstə təfəkkürlü insan necə nazirlikdə məmur işləyə bilər?
Almaxanımın 2017-ci ildə 16 yaşı olanda VI Muğam Televiziya Müsabiqəsinin qalibi olub, elə həmin ildən etibarən AzTV-nin solisti kimi fəaliyyət göstərir, 4 dəfə Amerikada, eləcə də Avropanın bir çox şəhərlərində konsertlər verib. Bir dəfə Özbəkistana getdi, orada da başına bu cür iş gəldi... Bundan başqa, Almaxanımın adını səbəbsiz yerə iki dəfə mükafat siyahısından sildirib. Bilmirəm biz ona nə pislik etmişik... Qadın olduğu üçün heç istəmərəm ki, həbsə düşsün, amma etdiyi əməlləri bağışlamaq olmaz. Bu adam mədəniyyətimizə böyük zərbə vurur".
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirlikdən bildirildi ki, tezliklə açıqlama veriləcək.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
QƏZADA HƏLAK OLANLARIN ADLARI AÇIQLANDI - Siyahı
Şavkat Mirziyoyev Azərbaycan prezidentinə zəng edib
İran prezidenti İlham Əliyevə zəng edib
Ərdoğanı təhqir edən şəxs sərbəst buraxılan kimi yenə eyni paylaşımı təkrarladı - Yenidən həbs olundu
Bələdiyyə seçkiləri: təşviqat materialları üçün yerlər nə vaxt müəyyənləşdiriləcək?
Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışdı - Qəza ilə bağlı birgə istintaqın gedişi müzakirə olunub
Müdafiə Nazirliyi: "Son bir həftədə 62 terrorçu zərərsizləşdirilib"
İnnovasiya və Təchizat Mərkəzində daha bir maraqlı tender: 7.8 milyonluq tender kimə verildi?
Hakimi təhqir edən futbolçular cəzalandırılıb
Sabahın hava proqnozu açıqlandı
Elm və Təhsil Nazirliyində daha bir şübhəli tender: 3.8 milyonluq təmir işləri harada aparılacaq?
Bağdada təyyarə reysi təxirə salınıb - Türkiyədən
Avstraliyada 66 min kektar meşə yanıb - 8 gündür davam edən yanğını söndürmək mümkün olmayıb
Özbəkistanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Kerem Aktürkoğlu nişanlanıb - FOTOLAR
Murat Nurtleu Ceyhun Bayramova zəng edib - Nələr müzakirə olunub?
Xəzər dənizində yenə zəlzələ olub
Mərkəzi Bank iki sığorta agentinin lisenziyasını ləğv edib
"Yaponiya Hava Yolları"na kiberhücum: uçuşlar təxirə salınıb
Sağ qalan bələdçi Aydanın xəstəxanadan görüntüləri - VİDEO
Terim Səudiyyə Ərəbistanı komandasının başına keçir? - "Yaxın günlərdə müqavilə imzalanacaq"
Qəzzada TV maşınına atəş açılıb - 5 jurnalist həlak olub
24 partiya birgə bəyanat yaydı - MƏTN/SİYAHI
Azərbaycan Evində xatirə guşəsi yaradılıb - Salzburgda (FOTOLAR)
Təyyarə qəzası: ölənlərdən ikisi qusarlı bacı-qardaşdır
Təranə Səmədova şikayətini geri götürdü
Trampdan şok iddia: "Çin əsgərləri Panama kanalına yerləşib" - ABŞ lideri Kanadanı da ölkənin 51-ci ştatı sayır
Tulkerimdə gərginlik böyüyür - 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Suriyada yeni rejimə qarşı 4 şəhərdə üsyan: xristian vəşiə icmaları ayağa qalxıb - 14 polisə pusqu qurulub, ordu hərəkətə keçdi
Xəzər dənizində ard-arda zəlzələ olub (Yenilənib)
İdman jurnalistləri həm yarışdı, həm qazandı - FOTOLAR
İsrail ordusu İordan çayının qərb sahilində növbəti əməliyyat keçirib - Saxlanılanlar var
İsrail ordusu Qəzzanı yenə bombalayıb - Daha 3 nəfər ölüb
Hakan Fidan BƏƏ-nin xarici işlər naziri ilə müzakirə aparıb
Şair Sərvaz Hüseynoğlunun atası vəfat edib
"Qalatasaray" gürcü hücumçuya 17 milyon avro təklif edib - 24 yaşlı qolçu "hə" deyəcəkmi? (FOTO)
Ərdoğan İlham Əliyevə başsağlığı verdi: "... hadisəni böyük kədər hissi ilə öyrəndim"
BU GÜN AZƏRBAYCANDA MATƏMDİR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BAKIDAN UÇAN TƏYYARƏ AKTAUDA QƏZAYA DÜŞÜB: ağır yaralı və ölənlər var - "Qara qutu" tapılıb (VİDEO, Yenilənib)
Təyyarədən sağ çıxan zaqatalalı qız: "Narahat olma, ana" - VİDEO
Nazirlik: "Bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb"
Kobaxidze İlham Əliyevə başsağlığı verib
Baş Prokurorluq qəza ilə bağlı növbəti açıqlama yayıb