"Qardaşımı bıçaqlamaq üçün meşəlik ərazisinə aparıblar" - Ölümcül vurulan müğınninin bacısı
10-10-2024 [11:51]
Bu gün müğənni Ülviyyə Namazova “İncə səhər” verilişində qonaq olub.
Mia.az OLAY-a istinadla xəbər verir ki, sənətçi oktyabrın 5-də ifaçı qardaşı Vüqar Namazovun bıçaqlanması hadisəsindən danışıb.
Qonşusu tərəfindən qardaşının bıçaqlandığını söyləyən sənətçi bildirib ki, daha əvvəl onun bacısının toyunda çıxış edibmiş:
“Bu hadisə baş verəndə mən rayonlarımızın birində toyda idim. Qardaşım 3 gün əvvəl oktyabrın 5-i axşam saatlarında, yəni 20:00-21:00 radələrində yaşadığı Binəqədi rayonu ərazisində qonşusu tərəfindən bıçaqlanıb. 3 güclü bıçaq zərbəsi alıb. Hazırda “Semaşko” xəstəxanasındadır. Dünənə kimi o, reanimasiya şöbəsində idi, çünki vəziyyəti ağır idi. Amma şükürlər olsun ki, indi səhhəti normaldır. O, çoxlu qan itirib, gec xəstəxanaya çatdırılıb. Onu vuran qonşusu həmin yerdən qaçıb. Qardaşım ailəlidir. O şəxs onların qonşusudur. Hər zaman yaxşı münasibətdə olublar. Hətta qardaşımı vuran həmin şəxsin bacısının toyunda mən də iştirak etmişəm. Onlar içkili, sərxoş halda olublar. Deyirlər ki, içkili vəziyyətdə başda ağıl olmur. Ola bilsin ki, aralarında sözləri düşüb. Amma onlar arasında böyük bir şey olmayıb. Biz həmin şəxsi bağışlamamışıq və qardaşımın ailəsinin bağışlamaq kimi bir fikri də yoxdur. Yenə də qardaşım bilər. O şəxs qardaşımı bıçaqladıqdan sonra onu orada tək qoyub, qaçıb. Vurandan sonra qardaşım telefona əlini atıb ki, zəng etsin, lakin o şəxs telefonu da onun əlindən alıb. Telefonunu da özü ilə aparıb. Bu, ölümə təşəbbüsdür. Qardaşım qan içində yürüyərək 700 metr yol qət edib. Həmin şəxs qardaşımı bıçaqlamaq üçün meşəlik ərazisinə aparıb. Öz avtomobili ilə onu aparıb. Avtomobildə üç nəfər olub və sürücü ayıq olub. Onun adı Eldənizdir. Hazırda o, axtarışdadır. Qardaşımı bıçaqlayan şəxs isə həbs olunub. Bizə deyiblər ki, qardaşımı bıçaqlayan şəxsi iki gün saxlamaya bilərik. Məhkəmə qərar verməlidir. Amma burada sübut və fakt var ki, bu şəxs qardaşımı bıçaqlayıb və onun atası bizə gəlib – gedib”.
Qeyd edək ki, baş verən hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb