"Kimin pulu varsa, xaricdə məqalə, monoqrafiya çıxarır və asanlıqla..." - Sabiq nazir və deputatdan nazirin fikrinə fərqli reaksiyalar
10-10-2024 [10:57]
Elm və Təhsil naziri Emin Əmrullayevin son açıqlamaları geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, nazir Təhsilin İnkişafı Forumunda elm sahəsində vəziyyətə toxunaraq, "Elmi dərəcəsi olmaq və alim olmaq ayrı-ayrı şeylərdir. Alim o şəxsdir ki, onun həqiqətən də elmi məhsulu var. Elmi nəticəsi olmayan adamlara "siz alim deyilsiniz, sadəcə, elmi dərəcəniz var" deməkdən qorxmasaq, çox irəli gedə bilərik. Elmi tədqiqatı olmayan adamlar özlərinə "alim" dedikcə, elm aşağı gedir" deyib.
Nazirin bu fikirlərinə münasibət isə heç də birmənalı deyil.
Bəs, elm adamları nazirin söylədikləri barədə nə düşünürlər?
Mia.az-ın məlumatına görə, sabiq təhsil naziri Misir Mərdanov Bizim.Media-ya açıqlamasında Emin Əmrullayevlə həmfikir olduğunu bildirib:
“Emin müəllim demək istəyir ki, alim olmaq başqa bir şeydir. Biri var, həqiqi alim, biri də var, köhnə vaxtlarda deyildiyi kimi, namizədliyi birtəhər müdafiə eləmək... Mən onun fikirlərini belə anlayıram. Başqaları necə başa düşür, bilmirəm. Onsuz da indi kimin fikrini birmənalı qarşılayırlar ki?! Hərənin danışığına bir qulp qoyurlar”.
“Bəs, həqiqi alimlə digərini necə fərqləndirməliyik” sualına Misir Mərdanov belə cavab verib:
“O məqama, yaşayan alimə indi dəyər vermək asan məsələ deyil. Onlara tarix qiymət verəcək. Məsələn, mən riyaziyyat sahəsinin mütəxəssisi kimi deyə bilərəm ki, Zahid Xəlilov, Asəf Hüseynov, İbrahim İbrahimov, Qoşqar Əhmədov, Arif Babayev, Mirabbas Qasımov, Yəhya Məmmədov, Cəlal Allahhverdiyev həqiqi alimlər idi. O zaman da elmi dərəcəsi olanlar çox idi. Amma adı yadda qalanlar azdır. Belə adamları tarix yaddaşında böyük alimlər kimi saxlayır.
Bu dəqiqə Azərbaycanda saysam, minlərlə elmlər namizədi, elmlər doktoru var. Amma onlardan adı tarixdə qalacaq az adam var. Söhbət bundan gedir. Düşünürəm ki, nazir məhz belə adamları düşünüb, o sözü deyib. Onları fərqləndirən meyar məsələsi isə çox çətindir. Bəzən görürsən, alim olmayan alim olandan çox qabağa keçir. Amma bütün hallarda gec-tez tarix onlara qiymət verir.
Məsələn, mən sadaladığım alimləri kimdən soruşsanız, deyəcək böyük alimlər idi. Biz həmişə onlarla fəxr eləmişik. Hər dövrün öz qəhrəmanı var idi. İndi də 10-15 il sonra həyatda olmayan, yaxud olub qiymətini almayan adamlara tarix və cəmiyyət qiymət verəcək. İndiki vaxtda onları fərqləndirmək çox çətindir”.
Millət vəkili, parlamentin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova isə Bizim.Media-ya bildirib ki, Emin Əmrullayevin fikirləri Ali Attestasiya Komitəsini, alim adı verilənləri, müəyyən mərhələlərdən, instansiyalardan keçə-keçə əldə olunan diplomları etinaya almaqdır:
“Bu, bütün dövrlərdə olub. Müdafiə edənlərin hamısı sözün həqiqi mənasında alim deyillər. Həqiqi alimlər həmişə barmaqla sayılıb. Çünki Attestasiya Komissiyasının qoyduğu müəyyən mərhələlər var ki, o kimlərə əlçatandırsa, onlar işlərini yazır, müdafiələrini edir, diplomlarını alırlar. Amma bu fikrin ədalətli olub-olmaması isə tamam başqa söhbətdir. O məntiqlə biz hər dəfə müəllimlərin də attestasiyasını keçiririk. Belə çıxır ki, Təhsil Nazirliyi öz verdiyi diplomu bir neçə ildən sonra yoxlamalıdır”.
Millət vəkili deyir ki, məsələyə nazirin dediyi şəkildə yanaşsaq, onda əsl alimləri digərlərindən fərqləndirən meyarlar müəyyənləşməlidir: “Əsl alim digərlərindən necə fərqləndiriləcək? Onda gərək Ali Attestasiya Komissiyasının qarşısında tələblər qoyulsun. Tutaq ki, professor adı almaq üçün müəyyən şərtlər var. Kimin pulu varsa, xaricdə məqalə, monoqrafiya çıxarır və asanlıqla professor adı ala bilir. Amma pulu olmayan elə həqiqi alimlər var ki, onlar həmin adı qazanmağı bacarmırlar. Çünki ortaya qoyulan qaydalar çox mürəkkəbdir, maddiyyata bağlı məsələlərdir”.
Alimliyə gedən yolun qapıları əlçatan olmamalıdır...
Akimovanın fikrincə, əgər nazir bu vəziyyətin qarşısını almaq istəyirsə, bunun üçün qarşılıqlı müdaxilə, əməkdaşlıq yolları düşünülməlidir:
“Öncə meyarlar sərtləşməlidir. Alimliyə gedən yolun qapıları bu qədər asan, əlçatan olmamalıdır. Hər kəs asanlıqla müdafiə eləməməlidir. Müdafiə asan olanda artıq ortaya bu cür fikirlər çıxır. Bu məsələdə nazir haqlıdır. Amma biz kimdən inciyirik? Axı alimlik adını verən də bir ali qurumdur”.
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”