"Azercell Telecom" yenilənmiş “Premium” tarif paketlərini təqdim edir - CƏDVƏL
03-10-2024 [11:08]
Ölkənin lider mobil operatoru "Azercell Telecom" MMC “Premium” tariflərinin imkanlarını genişləndirir. Oktyabrın 1-dən etibarən “Premium” abunəçilərinə daha sərfəli danışıq xidmətləri təqdim edilir, paketlərin aylıq abunə haqqı və digər imtiyazlar isə dəyişməz olaraq qalır.
Mia.az-ın məlumatına görə, "Premium” tarif paketləri çərçivəsində təqdim edilən şəbəkədaxili və şəbəkəxarici dəqiqələr ümumi ölkədaxili danışıq dəqiqələri ilə əvəz edilir. Bu da abunəçilərə daha rahat danışmaq, həm də nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verir. Abunəçilər seçdikləri “Premium” tarif paketindən asılı olaraq 3 000, 4 000 və yaxud 5 000 ölkədaxili dəqiqədən yararlana bilərlər.

Həmçinin “Premium” tarif paketləri çərçivəsində abunəçilərə təqdim edilən “Premium+” loyallıq proqramında da dəyişikliklər tətbiq edilir.
Xatırladaq ki, proqrama fərdi “Premium Müştəri Dəstək Xətti”, "Azercell Eksklüziv" ofislərində "Sürətli keçid" xidməti, Mobil Müştəri Xidmətindən ödənişsiz istifadə, Telefon Mərkəzinin xidmətlərindən növbədənkənar və ödənişsiz yararlanmaq imkanı, ad günü hədiyyələri, eləcə də digər imtiyazlar daxildir.
Proqrama aşağıda göstərilən yeniliklər əlavə edilir:
“Kinon Premium”dan istifadə imkanı: Premium tarifinin istifadəçilərinə xüsusi təklif şəklində 6 ay ərzində “Kinon Premium” xidmətindən yararlanmaq imkanı verilir. Bu xüsusi təklifi aktivləşdirmək üçün Premium abunəçiləri telefonun ekranında *805#YES yığa bilərlər. Təklifin müddəti bitdikdən sonra isə aylıq ödəniş cari tariflər üzrə hesablanacaq və 9 AZN təşkil edəcək.
Kinon 240-dan çox kanalın yüksək keyfiyyətli canlı yayımını, eləcə də məşhur film studiyalarının yeni film və seriallarını bir tətbiqdə birləşdirir. Xidmətdən eyni anda müxtəlif cihazlarda, ən əsası isə bir abunəlik çərçivəsində 5 fərqli hesab yaradaraq yararlanmaq mümkündür.
“Kinon”dan Android və iOS əməliyyat sistemlərini dəstəkləyən bütün smartfonlarda, Android TV və Samsung Smart TV-lərdə, planşetlərdə və digər cihazlarda istifadə etmək olar. Tezliklə xidmət LG Smart TV-lər üçün də əlçatan olacaq. Tətbiqi “Google Play” və “AppStore”dan yükləmək mümkündür.
"Azercell" tətbiqində eksklüziv “Premium qızıl” dizayn: İyul ayının 31-dən etibarən Premium abunəçilərinin istifadəsinə xüsusi “Premium qızıl” rəngli interfeys təqdim edilib. Bu interfeys istifadəçilərə həmçinin “Premium+” loyallıq proqramının bütün üstünlükləri haqqında rahatlıqla məlumat əldə etmək və onlardan yararlanmaq imkanı verir.
Yeni dizaynın təqdim etdiyi eksklüziv xüsusiyyətlər gözəl vizual görünüş yaratması ilə yanaşı, müştəri-yönümlüdür və tətbiqdən istifadə təcrübəsini də təkmilləşdirir. Əsas səhifəyə əlavə olunan xüsusi “Premium” vidjet isə “Premium+” səhifəsinə keçidi asanlaşdırır. Premium tarifinin abunəçiləri üçün eksklüziv təqdim edilən ödənişsiz xidmətlər haqqında məlumatlar məhz burada öz əksini tapır.
Premium tarif paketləri və “Premium+” loyallıq proqramı haqqında ətraflı məlumat üçün https://bit.ly/azercell_premium səhifəsinə keçid etməyiniz xahiş edilir.
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR