Nazirlikdə sənətçilərdən rüşvət alırlar? - Sensasion iddialar artır, rəsmi qurum "ola bilməz" deyir
21-09-2024 [16:15]
Bir neçə gündür müxtəlif sənət adamları Mədəniyyət Nazirliyinə qarşı ittihamlar səsləndirir, əhəmiyyətli tədbirlərə dəvət almamaqlarının səbəbini qurumun müəyyən şəxslərində görürlər.
Mia.az xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımlarda səsləndirilən əsas iddialardan biri də müğənnilərin sözügedən tədbirlərə rüşvət qarşılığında dəvət olunmasıdır. İddiaya görə, nazirliyin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva sənətçilərin xarici səfərlər və dövlət tədbirlərinə dəvət alması üçün təmanna güdür.
Bu ittihamları səsləndirənlər arasında şair Vüqar Əhməd, onun qızı, müğənni Almaxanım Əhmədova, kamança ifaçısı Şəhriyar Musayev və xanəndə Pərviz Qasımov yer alır. Ötən gün isə müğənni Nura Suri də onları dəstəkləyib.
Belə ki, sosial şəbəkə hesabında paylaşım edən müğənninin sözlərinə görə, bu məsələdən, əslində, hamı şikayətçidir: “Lakin qorxurlar cəmiyyətə açıqlama verməkdən. Sənət əhli niyə kimdənsə qorxmalıdır, rüşvət verməlidir axı? Bunlarla yanaşı, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin də sayı-hesabı yoxdur. Niyə şikayətinizi dilə gətirməkdən qorxursunuz?!”
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə cavab olaraq bildirildi ki, qeyd olunan iddialar həqiqətə uyğun deyil: “Diqqətinizə çatdırırıq ki, bu tipli tədbirlərin təşkili xüsusi proqram əsasında hazırlanır. Mədəniyyət Nazirliyi tərəfindən dövlət tədbirləri üçün bədii proqramların təşkili müvafiq mütəxəssislərin də iştirakı ilə kollegial qaydada həyata keçirilir. Dövlət tədbirləri zamanı konsertlər üçün repertuarın təsdiq olunması, həmçinin iştirak edəcək incəsənət ustalarının seçimi xüsusi diqqətlə aparılır. Bu məsələyə həssas yanaşmanın nəticəsidir ki, ölkəmizdə və xaricdə təqdim olunan sərgilər, konsert və tamaşalar böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, həm Azərbaycan, həm də xarici ölkələrin media qurumlarında, eyni zamanda sosial şəbəkələrdə mədəniyyətimizin yüksək səviyyədə təqdimatı razılıq doğurur, təqdir edilir. Bir daha qeyd edirik ki, bu prosesdə heç bir qanunsuz müdaxilədən söhbət gedə bilməz”(Qafqazinfo).
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi