Sabiq deputat məhkəmədə: “Qətiyyən özümü təqsirli bilmirəm" - “Mən əsasən atası və anasının verdiyi etibarnamələrlə iş görmüşəm”
20-09-2024 [10:46]
Keçmiş deputat Hüseyn Abdullayev öz məhkəməsinə gətirilmir, saxlandığı Bakı İstintaq Təcridxanasından videokonfrans şəklində məhkəmə prosesinə qatılır. Ötən məhkəmə iclaslarından birində təcridxanada onun vəziyyəti pis olduğuna görə, başı qarşısındakı masanın üstünə qoyulmuş vəziyyətdə çəkilmiş fotosu mediada yayılandan sonra Hüseyn Abdullayev sentyabrın 19-da məhkəmə prosesi zamanı kamera önündə dayanmaq istəməyib. O, həmçinin özünü yaxşı hiss etmədiyini bildirib.
6 il yarıma yaxındır ki, həbsdə olan sabiq deputatın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Azər Tağıyevin sədrliyilə keçirilən bugünkü məhkəmə prosesində onun vəkili Cavad Cavadov müvəkkilinin səhhətinin ağır olduğunu bildirib. Müdafiəçi Avropa İnsan Haqları Məhkəməsinin də bugünlərdə Hüseyn Abdullayevin səhhətilə bağlı qərar qəbul etdiyini yada salaraq, müvəkkilinin həkim Adil Qeybulla tərəfindən istintaq təcridxanasında müayinəsinə icazə verilməsi barədə vəsatət qaldırıb. Vəkilin sözlərinə görə, bunun üçün Penitensiar Xidmətə də müraciət ediblər, bu qurum “yox” deməyib. Amma oradan cavab verilib ki, əgər məhkəmə razılıq versə, həkimin müayinəsinə şərait yaradarlar.
Hüseyn Abdullayevin digər vəkili Günay İsmayılova sabiq deputatın son aylar ərzində səhhətindəki problemlər nəticəsində 16 kiloqram çəki itirdiyini məhkəmənin diqqətinə çatdırıb.
Hakimlər Adil Qeybullanın Bakı İstintaq Təcridxanasında keçmiş deputatı müayinə etməsilə bağlı vəsatəti təmin edib.
Daha sonra prokuror ittiham aktını elan edib. Orada iddia olunur ki, Hüseyn Abdullayev özü və ailə üzvlərinin adlarına Azərbaycandakı banklarda açılmış 7 hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan çox pulu həm yerli, həm də xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar alıb.
Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İttihama münasibət bildirən sabiq deputat onun saxta və əsassız olduğunu deyib, özünü təqsirli bilmədiyini vurğulayıb.
“Qətiyyən özümü təqsirli bilmirəm. Hamısı şər-böhtandır”, – Hüseyn Abdullayev bildirib.
Keçmiş deputatın digər vəkili Ceyhun Yusifov bildirib ki, ittihamın mahiyyəti aydın deyil. Vəkil deyir ki, ittihamda 2006-cı ildə baş vermiş hadisədən bəhs olunur. Amma həmin dövrdə cinayət qanunvericiliyində “cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma” maddəsinin “külli miqdarda ziyan vurmaqla törədildikdə” hissəsi yox idi.
“Olmayan norma ilə necə ittiham vermək olar? Gərək bu norma doğulsun ki, onunla kimisə ittiham edəsən də…”, – vəkil bildirib.
Məhkəmə prosesində şahid kimi İlqar Mustafayev ifadə verib. O bildirib ki, 30 ildir Hüseyn Abdullayevgili tanıyır. Uzun illər bu ailənin yanında işləyib, onların mülkiyyətləri, təsərrüfat işlərinin idarəçiliyində iştirak edib. Bunun üçün ona etibarnamə veriblər: “Mən əsasən atası Abbas Abdullayev və anası Zeynəb xanımla işləmişəm. Bütün tapşırıqları onlardan almışam. Onların verdiyi baş etibarnamələrlə iş görmüşəm”.
Şahid deyir ki, Hüseyn Abdullayevlə birbaşa işləməyib, amma sabiq deputatın Bakının mərkəzinfə – Neftçilər prospektindəki mağazasının administratoru o olub.
O əlavə edib ki, Hüseyn Abdullayevin qanunsuz fəaliyyəti, cinayət yolu ilə əldə etdiyi vəsaitləri leqallaşdırması barədə nəsə eşitməyib.
Sabiq deputatın məhkəməsi oktyabrın 3-də davam edəcək.
Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.
Cəzasının başa çatmasına ay yarım qalmış – bu ilin martında onun barəsində yenidən cinayət işi başlanıb. Ona bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə ittiham verilib. O, bir neçə ölkədə külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilir.
İddia olunur ki, Hüseyn Abdullayev özü və ailə üzvlərinin adlarına Azərbaycandakı banklarda açılmış 7 hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan çox pulu həm yerli, həm də xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar alıb. Bu yolla da külli miqdarda vəsaiti leqallaşdırmaqda təqsirləndirilir.
Lakin sabiq deputat ittihamı qəbul etmir. O, özünü təqsirli bilmədiyini bildirib.
Barəsindəki cinayət işinə gəlincə, hesab edir ki, onu həbsdə saxlamaq üçün saxta iş hazırlayıblar.
Hüseyn Abdullayevə ittiham verilən Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsində 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.
Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı. Azadlığa çıxandan sonra Almaniyaya mühacirət edən keçmiş deputat 2014-cü ildə orada sığınacaq almışdı(MeydanTV).
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub