İsrail hökuməti sabah toplanır - Fikir ayrılıqları ortadan qalxdı, razılaşma təsdiqlənir

img

16-01-2025 [22:24]


Baş nazir Netanyahunun sədrliyi ilə sabah İsrail Nazirlər Kabineti təcili iclas keçirəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hökumət daxilində fikir ayrılıqları ilə bağlı müzakirələrin getməsinə baxmayaraq, sabah hökumət Qəzzada yanvarın 19-da qüvvəyə minəcək atəşkəs və əsir mübadiləsinə dair razılaşmanı təsdiqləyəcək.

“The Jerusalem Post”a bu faktı ultra-ortodoks yəhudi Şas Partiyasının lideri Arye Deri təsdiqləyib: "Bəli, bu barədə artıq bizi məlumatlandırıblar. Artıq hökumət daxilində anlaşmaya qarşı çıxanlar geri çəkiliblər. anlaşma sabah təsdiqlənəcək...".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR