Xalq artistinin qohumu: "Onu şərləyib qorxutmuşdular" - "Öləndən sonra qəyyumu da çıxdı, varisi də"
09-09-2024 [10:28]
Xalq artisti, gözəl aktrisa Səfurə İbrahimova Azərbaycan teatr və kino sənətinin ən görkəmli nümayəndələrindən biridir.
Aktrisa bir zamanlar gözəlliyi ilə hər bir tamaşaçısının qəlbini fəth etməyi bacarmışdı. Lakin ömrünün son illərində tərkidünya olub, hər kəsdən uzaqlaşan sənətkar elə təklik içində də dünyasını dəyişdi. Vəfat edəndən az bir müddət sonra haqqında mətbuatda yayılan yazılarda aktrisanın bankda külli miqdarda pulunun və evinin olduğu yazılmışdı. Bəs görəsən sənətkarın var-dövləti kimə qalıb?
Mia.az-ın məlumatına görə, Xalq artisti Səfurə İbrahimovanın dayısı qızı Nailə Səlimova Moderator.az-a açıqlamasında bu haqda suala cavab verib.
“Səfurəyə baxmadılar, heç kim evinə gedib-gəlmədi. Çünki evinə heç kimi buraxmırdı. Təkcə qonşusu gedib-gəlirdi, bir də qardaşı qızı. Evinə buraxsaydı, özüm gedib baxardım, yanında qalardım. Ona ana, bacı olardım. Mən sadə insanam, mehriban xasiyyətliyəm. Nədənsə bizi də evinə buraxmırdı. Nə etmək olardı?
Öləndən sonra qəyyumu da çıxdı, varisi də. Qardaşının balası dedi ki, mən baxmışam bibimə. Evi də, bankdakı nə qədər pulu da həmin qıza qaldı. Səfurə xanım sonsuz idi. Biz o qohumlardan olmamışıq, onun özünü istəmişik, pulunu yox. Eşitdim ki, qardaşı qızına qalıb sevindim. O da kasıb uşaqdır” deyə sənətkarın qohumu bildirib.
Xalq artistinin qohumu onun tərkidünyalığının səbəbini də açıqlayıb: “O illərdə teatrda aktyor-aktrisalar arasında böyük rəqabətlər, çəkişmələr olurdu. Elə indi də var. Səfurə sakit təbiətli, əxlaqlı, ləyaqətli xanım idi. Çox ciddi xasiyyətli idi. Gülməzdi, danışmazdı, özünü ağır aparardı. Görünür onun bu xasiyyəti digər həmkarlarının xoşuna gəlməyib. Ona görə də onu sevməyən aktrisalar da var idi. Teatrda ona qalib gələ bilməyənlər başqa vasitələrlə ona şər atıb, adına ləkə yaxmaq istəyirdilər. Səfurə o vaxt İncəsənət universitetinə bir uşağa köməklik edib, qəbul etdirmişdi. Bunu da digər aktrisalar biliblər. Bu hadisədən sonra götürüb ona anonim zənglər edirdilər. Biz bilirdik bu aktrisa kimdir. Zəng edib ona deyirdi ki, mən hamıya deyəcəm ki, sən rüşvət almısan. O da bu hadisədən sonra qorxmuşdu, havalanmışdı. Tərkidünya oldu. Adına təqaüd yığılırdı, gedib götürmürdü. Çünki bu hadisə onu məhv etmişdi, sağ ikən öldürmüşdü”.
MİA.AZ
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib